Ekoloji pozuntulara görə hüquq-mühafizə orqanları və məhkəmələrə müraciət olunub

ekoloji pozuntulara gore huquq muhafize orqanlari ve mehkemelere muraciet olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, araşdırma mayın 1-dən 15-dək olan dövrü əhatə edib.

 

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 128 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 22 müddətli “məcburi göstəriş” verilib.

 

Ümumilikdə 28 iş üzrə 25545,6 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 23 iş üzrə 19647,46 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 191 iş üzrə 36936,46 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 20, icra qurumlarına 15, məhkəmələrə isə 4 iş göndərilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
  • masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda bəzi evlərdə çökmə baş verib, bir neçə ailə evakua...
masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ