Elmar Vəliyev MDB-nin nümayəndə heyəti ilə görüşüb

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev MDB-nin nümayəndə heyəti ilə görüşüb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  şəhər rəhbəri qonaqlara Gəncənin sosial-iqtisadi vəziyyəti, təhsil ocaqları, eləcə də mədəni həyatı barədə məlumat verib.

 

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə heyətinin həmsədri, Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy  rəhbərlik etdiyi nümayəndə heyəti adından səmimi qəbula görə icra başçısına minnətdarlıq bildirib. M.Şvidkoy deyib ki, Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı bir illiyə seçilir. Ötən il MDB-nin mədəniyyət paytaxtı Türkmənistanın Daşoğuz şəhəri olub. Artıq həmin titul Gəncə şəhərinə keçib və bununla bağlı tədbirlər planı təsdiqlənib. 2017-ci ildə Azərbaycanda hökumətlərarası mədəniyyət paytaxtı proqramının icrası həyata keçiriləcək. Görüşün yekununda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

 

Qeyd edək ki, sabah “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017” beynəlxalq layihənin rəsmi açılışı olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti rusiyaya sefer edib
    Azərbaycan prezidenti Rusiyaya səfər edib
  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ