Gürcüstan paytaxtının azərbaycanlı fəxri vətəndaşları - ARAŞDIRMA

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin fəxri vətəndaşı adını daşıyan yerli vətəndaşlarla yanaşı, xarici ölkə vətəndaşları da var. Bu fəxri ad müxtəlif sahələrdə fəaliyyət göstərən Gürcüstan vətəndaşlarına ölkə qarşısında xüsusi xidmətlər, ölkənin rifahı naminə davamlı fəaliyyət və yüksək peşəkarlığa görə verilir. Xarici ölkə vətəndaşları isə bu ada Gürcüstan və Tbilisi qarşısında xüsusi xidmətlərə görə layiq görülür. “Tbilisinin fəxri vətəndaşı” adını daşıyan vətəndaşlara diplomla yanaşı, şəhərin simvolik açarı da təqdim olunur. 

 

“Tbilisinin fəxri vətəndaşı” adının verilməsi ənənəsinin əsası 1979-cu ilin oktyabrında “Tbilisoba” şəhər bayramının ilk dəfə qeyd olunduğu gün qoyulub. 1988-ci ildən 1995-ci ilə qədər bu bayram qeyd olunmadığına görə “Fəxri vətəndaş” adının verilməsi ənənəsi də dayandırılıb. Lakin 1995-ci ildə “Tbilisoba” bayramının təntənəli keçirilməsi bərpa olunur və fəxri adın verilməsi də bayramın tərkib hissəsi kimi davam etdirilir.

 

APA-nın Gürcüstan bürosunun araşdırmasına görə, Tbilisinin fəxri vətəndaşları arasında 5 azərbaycanlı da var. Onların həyat və fəaliyyətləri barədə məlumatlar Tbilisi meriyasının 2017-ci ilin oktyabrında nəşr etdirdiyi “Tbilisinin fəxri vətəndaşları 1979-2016” adlı kitabda yer alıb.

 

Tbilisinin ilk azərbaycanlı fəxri vətəndaşı bu şəhərdə anadan olmuş görkəmli dirijor və bəstəkar, SSRİ xalq artisti Niyazi olub. O, bu ada 70 illik yubileyinin tamam olduğu 1982-ci ildə layiq görülüb. Gürcüstan paytaxtının ikinci azərbaycanlı fəxri vətəndaşı məşhur müğənni, SSRİ xalq artisti, Gürcüstan SSR-in də əməkdar incəsənət xadimi olmuş Rəşid Behbudovdur. Görkəmli müğənniyə doğulduğu şəhərin “Fəxri vətəndaşı” adı 1987-ci ildə verilib. Tbilisinin fəxri azərbaycanlı vətəndaşları arasında Azərbaycanın hazırkı vergilər naziri Mikayıl Cabbarov da var. O, “Tbilisinin fəxri vətəndaşı” adını 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olarkən alıb. Azərbaycanlı iş adamı Şahin Mövsümov da Tbilisinin fəxri vətəndaşıdır. O, Gürcüstanda fəaliyyət göstərən “AS Georgia” şirkətinin təsisçisidir. Bu şirkət Tbilisidə “Dirsi” yaşayış kompleksini inşa etdirib. Ş. Mövsümov 2012-ci ildən Tbilisinin “fəxri vətəndaşı”dır. Gürcüstan paytaxtının 5-ci azərbaycanlı “fəxri vətəndaşı” Azərbaycanın xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur. Fəxri ad ona 2015-ci ildə 70 illik yubileyi münasibətilə verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
agcabedide 5 ton ot baglamasi yanib agcabedide 5 ton ot baglamasi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267