XƏBƏR LENTİ

Böyüt
11:39 26 Sentyabr
Foto
11:00 26 Sentyabr
00:35 26 Sentyabr
TOP 5
Ölkədə və dünyada baş verən xəbərlərlə bağlı bildiriş almaq istəyirsinizmi?

İnsan alveri və uşaq baxımsızlığının qarşısının alınması mövzusunda tədbir keçirilib - FOTO

Bakı. Ramil Məmmədli – APA. Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) “İnsan alverinə qarşı mübarizə aylığı” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Milli QHT Forumu ilə birgə “İnsan alverinin qarşısının alınması kontekstində uşaq baxımsızlığının və hüquq pozuntularının aradan qaldırılması üçün proqramların hazırlanmasına beynəlxalq dəstək” mövzusunda tədbir keçirib.


APA-nın məlumatına görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib ki, uşaq problemləri ilə bağlı dövlət proqramları həyata keçirilir, eyni zamanda QHT-lərlə əməkdaşlıq genişləndirilir. O, uşaq müəssisələrində monitorinqlərin keçirilməsini nəzərdə tutan proqramın reallaşdırılacağını da qeyd edib.

A. Sofiyeva uşaqların saxlanması şəraiti, valideyn məsuliyyəti məsələləri istiqamətində problemlərin olduğunu da söyləyib: “Dövlət Komitəsi tərəfindən bu məsələlərə dair təkliflər paketi hazırlanır. Uşaqların məcburi əməyə cəlb olunması da ciddi problemlərdən biridir”. Sədr müavini küçə uşaqları ilə bağlı Dövlət Komitəsinin UNİCEF-lə birlikdə iş apardığını və təkliflər paketinin hazırlandığını söyləyib: “Küçə uşaqları ilə bağlı aparılan təhlilin nəticəsi olaraq plan hazırlanıb. Risk qrupundan olan ailələrlə işin görülməsi vacibdir. Burada yerli icra strukturlarının üzərinə məsuliyyət düşür”.

 

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak uşaqlara valideyn məsuliyyətinin və dövlətin nəzarətinin artırılmasının zəruriliyini deyib. O, problemin çıxış yolunu, inzibati müdaxilə ilə yanaşı, maarifləndirmədə gördüyünü söyləyib.

Azərbaycan Milli QHT Forumunun icraçı direktoru Günel İbrahim sahibsiz uşaqlara diqqətin artırılmasını zəruriliyini söyləyib. O, bu məsələdə bəzi ölkələrin təcrübəsindən bəhrələnməyin mümkünlüyünü də qeyd edib.

Tədbirdə, Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik, İnsan alverinə qarşı Mübarizə idarələrinin, Ədliyyə, Gənclər və İdman nazirliklərinin, o cümlədən icra hakimiyyətlərinin qəyyumluq və himayəçilik komissiyaları, eləcə də Azərbaycan Miqrasiya Mərkəzi, Azərbaycan Uşaqlar Birliyi və digər qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Yığıncaqda uşaqların baxımsızlığına şərait yaradan səbəb və hallar, onların aşkar edilməsi və aradan qaldırılması, insan alverinin qurbanı olmuş və ya potensial insan alveri qurbanı olan uşaqlara yardımın təkmilləşdirilməsi, uşaq baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə sosial, hüquqi və pedaqoji tədbirlər proqramının hazırlanması və həyata keçirilməsi məsələləri də müzakirə olunub.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qebelede almaniyanin milletler filarmoniyasi orkestrinin konserti kecirilib
    Qəbələdə Almaniyanın “Millətlər Filarmoniyası” orkestrinin k...
  • lenkeranin en yasli secicisi ses verib
    Lənkəranın ən yaşlı seçicisi səs verib
lenkeranin en yasli secicisi ses verib lenkeranin en yasli secicisi ses verib +2
MƏZƏNNƏ
FOREX
/ 26 Sentyabr, 2016

USD
1.6292
 
EUR
1.8241
 
RR
0.0255
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ