Kolleclərə qəbul üçün buraxılış imtahanlarında ilk dəfə açıq tipli tapşırıqlardan istifadə ediləcək

kolleclere qebul ucun buraxilis imtahanlarinda ilk defe aciq tipli tapsiriqlardan istifade edilecek

Dövlət İmtahan Mərkəzi mart ayı ərzində ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə təhsil alanlar üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

 

APA-nın xəbərinə görə, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib ki, üzrlü səbəbdən bu imtahanlarda iştirak etməyən və ya eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən şəxslər, eləcə də 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün bu imtahanlar aprel ayında keçiriləcək.

 

Onun sözlərinə görə, I mərhələdə şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədi ilə açıq (cavablar şagird tərəfindən müəyyənləşdirilib yazı ilə ifadə olunur) tipli tapşırıqlardan, yazı işlərindən istifadə olunur: “Bu formada açıq tipli tapşırıqlar ilk dəfə tətbiq olunur və yazı işləri (imtahan cavabları) Dövlət İmtahan Mərkəzi və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında yoxlanılacaq”. 

 

M. Abbaszadə qeyd edib ki, DİM ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədi ilə İctimai Şura yaradır.

 

İctimai Şuranın üzvlərinin DİM-in Direktor Şurası tərəfindən formlaşdırılacağını deyən M. Abbaszadə qeyd edib ki, proseslərə cəlb olunmazdan əvvəl Şura üzvlərinə təlimlər keçiriləcək, hüquq və vəzifələri izah ediləcək: “Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil eksperləri, KİV nümayəndələri anket formasını yükləyərək  doldurub press@tqdk.gov.az ünvanına göndərməklə qeydiyyatdan keçə bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar və başqa ödəniş verilmir".

 

M. Abbaszadə bildirib ki, bu il IX siniflər üçün buraxılış imtahanlarında şagirdlərə təkcə test sualları yox, yeni növ tapşırıqlar, misallar təqdim edilib. Lakin bizə daxil olan müraciətlərə əsasən imtahanın məzmunu ilə əlaqədar çox şey hələ də qeyri-müəyyəndir. Yeni yaradılacaq İctimai Şurada bu məsələlər, imtahanların məzmunu müzakirə ediləcək. Onların iştirakı ilə imtahan nəticəsini yoxlanmasını təkcə Bakıda yox, 8 regionda da aparılacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida onlarla evde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda onlarla evdə çökmə baş verib, bir neçə ailə evakua...
  • nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur
    Nazir: “Vyana razılaşması Azərbaycanın maraqlarına uyğundur”...
nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ