Məleykə Abbaszadə: “Markerlərin hazırlanması üçün pullu akademiya və ya kurslar açılacaq”

meleyke abbaszade markerlerin hazirlanmasi ucun pullu akademiya ve ya kurslar acilacaq

“Azərbaycanda buraxılış imtahanları zamanı yeni növ yazı işlərinin yoxlanması üçün ölkə üzrə hər bir fəndən ən azı 5 min marker lazımdır”.

 

APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, onların hər biri ilə iş əsasında müqavilə bağlanacaq və əmək haqqı ödənəcək.

 

Yalnız “Azərbaycan dili” fənni üzrə yazıların yoxlanması üçün markerlərin treninqinə 1717 müəllim dəvət olunub, onlardan 679 nəfər treninqdən uğurla keçib: “Əvvəllər prosesə marker kimi yalnız müəllimlər cəlb edilirdi. Sonradan markerlərə II kurs magistrlər da çağırılıb”.

 

M. Abbaszadə qeyd edib ki, Rus bölməsi üzrə markerlərin sayı daha azdır. Rus bölməsi üzrə treninqlərdə 98 iştirak edib, onlardan 28-i keçib, hazırda yazı işlərinin yoxlanmasında yalnız 13 marker iştirak edir: “Artıq Bakı Slavyan Universitetinə müraciət etmişəm ki, onlarda təhsil alan magistraturanın II kursunda təhsil alan tələbələr də bu prosesə cəlb edilsin. Ola bilər ki, gələcəkdə bu proses təkmilləşəndən sonra marker müəllimlər yalnız evlərində oturaraq, yazı işlərini yoxlaya biləcəklər. Marker müəllimlər müqavilə əsasında bizimlə çalışacaq və müəyyən vaxtda yazı işlərinə cəlb olunacaqlar. Amma indiki mərhələdə bu, mümkün deyil. Bizdə yazı işlərinin yoxlanması üçün ayrılan cəmi 180 kompüter var. Pullarımızı sayanlar bilsinlər ki, bizə hələ çox pul, kütləvi işləri həyata keçirmək üçün daha çox vəsait lazımdır”. 

 

Direktorlar Şurasının sədri əlavə edib ki, markerlərin hazırlanması üçün pullu akademiya və ya kurslar açılacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • elmar memmedyarov bee nin xarici isler ve beynelxalq emekdasliq naziri ile gorusub
    Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaş...
  • islamiadanin baglanis merasiminin detallari melum olub
    İslamiadanın bağlanış mərasiminin detalları məlum olub...
islamiadanin baglanis merasiminin detallari melum olub islamiadanin baglanis merasiminin detallari melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ