Ötən il “Azərbaycan multikulturalizmi” fənninin tədrisi 15 xarici ölkədə həyata keçirib

oten il azerbaycan multikulturalizmi fenninin tedrisi 15 xarici olkede heyata kecirib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilin əvvəlindən bu günə qədər 15 xarici ölkədə – Portuqaliyada, İtaliyada, Almaniyada, Rusiyada, Gürcüstanda, İndoneziyada, Litvada, Polşada, Çexiyada, Bolqarıstanda, İsveçrədə və başqalarında, həmçinin 36 Azərbaycan universitetində “Azərbaycan multikulturalizmi” adlı fənnin tədrisini həyata keçirib.

 

APA-nın məlumatına görə, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

 

Kamal Abdullayev  belə bir fənnin tədrisi ilə bağlı tamamilə yeni universitetlərdən təkliflər gəldiyini qeyd edib: “Azərbaycanı öyrənmək, onunla əlaqə yaratmaq istəyən xarici tədris ocaqlarının sayı semestrdən-semestrə artır. Bu, o deməkdir ki, həmin ölkələrin gənclərini ölkəmizə bağlayan xətlər möhkəmlənir. Həmin universitetlərin tələbələri Azərbaycan multikulturalizmini öyrənirlərsə, buna xüsusi həvəsləri varsa, deməli, Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, etnoqrafiyasını, müasir siyasi-ictimai həyatını, Azərbaycan həqiqətlərini öyrənirlər. Əsas məqsəd bu tələbələrin Azərbaycana olan maraqlarını Azərbaycana olan sevgiyə çevirməkdir”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:18 27 İyul
19:33 27 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuz sakini sirke tursusundan zeherlenib
    Tovuz sakini sirkə turşusundan zəhərlənib
  • bakida cinin silahli quvveleri gunu qeyd olunub
    Bakıda Çinin Silahlı Qüvvələri Günü qeyd olunub
bakida cinin silahli quvveleri gunu qeyd olunub bakida cinin silahli quvveleri gunu qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ