Səhiyyə Nazirliyində yanğından mühafizə qaydalarına həsr edilmiş müşavirə keçirilib - FOTO

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyində qurumun tabeçiliyində olan tibb müəssisələrində yanğından mühafizə qaydalarına, habelə payız - qış aylarına hazırlıq məsələlərinə həsr olunmuş iki günlük geniş müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə səhiyyə nazirinin müavini Elsevər Ağayev qeyd edib ki, son bir neçə il ərzində 500-dən artıq tibb müəssisəsinin yüksək standartlara uyğun qaydada əsaslı təmir və ya yeni tikilərək istifadəyə verilməsi, güclü kadr hazırlığı səhiyyə sektorunda görülən işlərin sübutudur. Nazir müavini deyib ki, xüsusi diqqət və nəzarət tələb edən məsələlərdən biri də yanğından mühafizədir. Bu günlərdə səhiyyə nazirinin tapşırığına əsasən, 1980 tibb müəssisəsində payız-qış mövsümünə hazırlığa dair tədbirlər keçirilib və hazırlığın səviyyəsi müzakirə olunub. Təkcə Bakı şəhəri üzrə 159 tibb müəssisəsindən 138-də yanğından mühafizə planı yoxlanılıb.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Elçin Hüseynov vurğulayıb ki, digər müəssisələr kimi Səhiyyə Nazirliyinin tərkibində olan müəssisələr də FHN-in xətti üzrə strateji əhəmiyyətli obyekt kimi qeydə alınır. Qeyd olunub ki, səhiyyə müəssisələrinin - klinika, poliklinika, doğum evləri, xəstəxana, körpələr evi, sanatoriya, istirahət evi, əczaxana, əczaxana anbarı və bu tipli başqa sosial obyektlərdə hər bir əməkdaş yanğından mühafizə qaydalarını mütləq bilməli, bu qaydalara ciddi nəzarət etməli və yanğın baş verdikdə insanların xilası, habelə yanğını söndürmək üçün ondan asılı olan bütün lazımi tədbirləri görməlidir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • muhendis qosunlarinin telimi kecirilir
    Mühəndis Qoşunlarının təlimi keçirilir
  • bakida 2018 camca regional forumu kecirilir
    Bakıda 2018 CAMCA Regional Forumu keçirilir
bakida 2018 camca regional forumu kecirilir bakida 2018 camca regional forumu kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267