Tiflisdə Novruz bayramı qeyd olunub

Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR şirkətinin dəstəyi və Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunan tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Mədəniyyət Muzeyinin  direktoru Leyla Əliyeva açaraq Novruz bayramı və onun atributları haqqında bayram iştirakçılarına ətraflı məlumat verib.

 

Sonra tədbirdə  Azərbaycanin Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin rəsmisi Giorgi Qeqeçkori, Ş. Rustaveli adına Teatr Universitetinin direktoru Qoqi Dolidze və sairləri çıxış edərək, Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

 

Novruz bayramına həsr olunan tədbirdə bayrama aid “Bahar  rəngləri” adlı sərgi təşkil olunub. Sərgidə Azərbaycan mədəni irs nümunələri, bayramın atributları olan şirniyyat növləri, xalçalar, kilimlər və qədim qablar da nümayiş olunub. Sonra Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi konsert proqramı ilə çıxış edib.

 

Tədbirə Tiflisdə yaşayan və fəaliyyət göstərən Gürcüstanın mədəniyyət və ictimai xadimləri, Azərbaycan səfirliyinin əməkdaşları, jurnalistlər, gürcü və azərbaycanlı ziyalıları, azərbaycanlı tələbələr qatılıblar.

 

Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin rəsmisi Giorgi Qeqeçkori  APA-ya açıqlamasında Gürcüstanda hamının Novruz bayramını sevdiyini vurğulayıb: “Biz hər dəfə bu gözəl Novruz bayramı gələndə çox sevinirik. Bu bayram bizi birləşdirir, sevindirir və sülhə, dostluğumuzu daha da möhkəmləndirməyə  çağırır”.  

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • aprelde 143 mln abs dollari mebleginde qeyri neft mehsulu ixrac olunub
    Apreldə 143 mln. ABŞ dolları məbləğində qeyri-neft məhsulu i...
  • tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib
    Tehranda Azərbaycan Respublika Gününə həsr olunmuş rəsmi qəb...
tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2017

USD
1.7023
 
EUR
1.9152
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ