Xəzər dənizinin səviyyəsinin düşməsinin səbəbləri açıqlanıb

xezer denizinin seviyyesinin dusmesinin sebebleri aciqlanib

“Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur. Hazırda dənizin səviyyəsi - 28 metrə çatıb. Bu, dənizin dayanıqlıq səviyyəsidir”.

 

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri Zabit Allahverdiyev deyib. Onun sözlərinə görə, 1977-ci ildən 1995-ci ilədək Xəzərin səviyyəsi 2,5 metr artıb. 1995-ci ildən etibarən azacıq tərəddüdlə səviyyə düşüb və qalxıb. 2009-cu ildən sonra isə dənizin səviyyəsi intensiv sürətdə düşməyə başlayıb.

 

Z. Allahverdyev deyib ki, səviyyənin azalması hidroloji rejim, tektonik və atmosferdəki proseslərlə əlaqələndirilir: “Hələlik dənizdə səviyyənin düşmə dövrü gedir. Təhlükəli və dağıdıcı təsiri yoxdur. Əsas məsələ dənizin səviyyəsinin azalması nəticəsində bir sıra obyektlərin quruda qalmasıdır. Ancaq onun da baş verməsinə inanmıram. Çünki Sovet dövründə tikilən dəniz obyektlərinin hamısı -28 metrdən +-2 metr fərqlə hesablanıb. Azalmanın nə qədər davam edəcəyinə dair proqnoz vermək mümkün deyil”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • elmar memmedyarov bee nin xarici isler ve beynelxalq emekdasliq naziri ile gorusub
    Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaş...
  • islamiadanin baglanis merasiminin detallari melum olub
    İslamiadanın bağlanış mərasiminin detalları məlum olub...
islamiadanin baglanis merasiminin detallari melum olub islamiadanin baglanis merasiminin detallari melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ