Yaponiya və Azərbaycan seysmoloqları birgə layihələr hazırlayacaq - FOTO

Bakı. Gülnar Bəşirova-APA. Bakıda səfərdə olan  Yaponiyanın OYO - SHİNYEİ şirkətinin nümayəndə heyəti AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) yüksəkmərtəbəli binalarda və yaşayəş binalarında zəlzələ təhlükəsinin öyrənilməsinə dair təqdimat mərasimi keçiriblər. AMEA RSXM-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, OYO - SHİNYEİ şirkətinin  prezidenti Toru Kajvara təqdimat mərasimində şirkət tərəfindən hazırlanan cihazın iş prinsipi və gözlənilən təhlükə ilə bağlı ölçmələrin aparılmasına dair ətraflı məlumat verib.

AMEA RSXM-nin baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli bildirib ki, istər elm və texnologiyaların inkişafı, istərsə də zəlzələlərin öyrənilməsi sahəsində Yaponiyanın böyük təcrübəsi var.

OYO - SHİNYEİ şirkətinin  prezidenti Toru Kajvara isə onların da Azərbaycan seysmoloqları ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Qeyd edək ki, tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə anlaşma protokolunun imzalanması nəzərdə tutulur. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan rusiya serhedinde serhed siper emeliyyati kecirilir
    Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçir...
  • tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir
    Tiflisdə NATO PA-nın yaz sessiyasının plenar iclası keçirili...
tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ