® Qəbələdə Yeni İl möcüzəsi

174 qebelede yeni il mocuzesi

Təbiətin ən gözəl çalarlarını əks etdirən Qəbələ şəhəri bu il də yerli və xarici qonaqları yeni ili qarşılamaq üçün Qəbələyə dəvət edir. Başı qarlı Qafqaz dağları, Qəbələnin əsrarəngiz təbiəti ilə vəhdətdə qonaqlara əsl qış nağılı vəd edir. Hər il olduğu kimi bu il də, Qafqaz Otellərində xüsusi təşkil olunacaq yeni il şou proqramı 31 dekabr gecəsi unudulmaz əyləncə ilə 2018-ci ilə daha rəngarəng və əyləncəli daxil olmağa imkan yaradacaq. 31 dekabr tarixində Sabina Babayeva, Xəyal Rzazadə, Lalə və Nurkan cütlüyü və Türkan Heydərovanın musiqili çıxışları, milli və xarici rəqs proqramları, uşaqlar üçün hazırlanmış xüsusi əyləncə və ləziz yeməklər qarşıdan gələn ilə daha əsrarəngiz daxil olmağınız üçün təşkil olunacaq.

 

---

 

1 yanvar tarixində isə yeni ilin ilk saatlarında əməkdar artist Sevda Ələkbərzadə öz möhtəşəm canlı ifası ilə Heydər Əliyev adına Konqres mərkəzində çıxış edəcək. Konsert etno-caz üslubunda dünyaca məşhur caz musiqiçisi Elçin Şirinovun pianinoda müşayiəti ilə həyata keçəcək. Müğənnini konsertdə zərb alətlərində əməkdar artist Vaqif Əliyev və bas gitarada tanınmış ifaçı Saleh Məmmədov müşayiət edəcəklər. Konsertin əsas repertuarı əməkdar artistin dünya musiqi və caz festivallarında həmçinin Avropa və şərq ölkələrində baş tutmuş silsilə konsertlərində ifa etdiyi xalq mahnıları, bəstəkar mahnıları və  məşhur caz kompozisiyaları olacaq. Həmçinin əməkdar artist ifa edəcəyi xalq mahnılarına yeni nəfəs verməklə xüsusi kompozisiyalar şəklində təqdim edəcək.

 

Konsertin birbaşa təşkilatçısı Gilan Hospitality Group və Qafqaz Otelləri, təşkilatı dəstək isə Haval Azərbaycan və Favorit Marketlər qrupudur. Gilan Hospitality Group-un İcraçı Direktoru Elgün Məmmədov Qəbələdə həyata keçirilən silsilə mədəniyyət tədbirlərinin regionun və bilavasitə Qəbələnin mədəni həyatında mühüm hadisə olduğunu və bu ənənənin illərboyu daha da inkişaf etdirilərək davam edəcəyini vurğulamışdır. Onun sözlərinə görə yeni il ərəfəsində Qəbələdə istirahət edəcək yüzlərlə yerli və xarici qonaqlar bu musiqi tədbirlərindən mənəvi zövq alacaqlar.

 

Daha ətraflı məlumat üçün: 0124043188

İnfo@qafqazhotels.com

www.qafqazhotels.com

0502900520

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272