Bolivud ulduzu: "Azərbaycanda olmaqdan çox xoşbəxtəm"

"Azərbaycanda olmaqdan çox xoşbəxtəm. Bu ölkə ilə tanışlığa böyük marağım var idi".

 

APA-nın xəbərinə görə, bunu Hindistanın məşhur aktyoru, Bolivud ulduzu Avinash Sachdev Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanda ən çox insanlar və onların qonaqpərvərliyini bəyənib: "Azərbaycana gələcəyim təqdirdə buranı sevəcəyimi bilirdim. Əsas istəyim Azərbaycanınmədəniyyəti ilə tanış olmaqdır".

A. Sachdev Azərbaycan filmlərini izləmədiyini qeyd edib. Aktyor əlavə edib ki, hər hansı təklif olacağı təqdirdə Azərbaycanda müəyyən layihələrdə iştirak edə bilər.

Qeyd edək ki, A. Sachdev Azərbaycan - Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə Azərbaycana gəlib. O, 26-30 iyun tarixlərində ölkəmizdə səfərdə olacaq. 28 iyunda A. Sachdevin "Nizami" cinema klubda imza günü və fanatları ilə görüşü nəzərdə tutulub. A. Sachdev Türkiyənin "Kanal 7" televiziyasında yayımlanan "Tatlı bəla" serialının qəhrəmanıdır. Hindistanlı aktyor Türkiyə, İran, Rusiya, Qafqaz, ərəb ölkələri və Latın Amerikasında daha çox tanınır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267