“Qremmi” mükafatı laueratı Patti Ostin Heydər Əliyev Mərkəzində çıxış edəcək

qremmi mukafati lauerati patti ostin heyder eliyev merkezinde cixis edecek

Noyabrın 15-də Heydər Əliyev Mərkəzində amerikalı məşhur caz ifaçı, “Qremmi” mükafatı laueratı Patti Ostinin konserti olacaq. 

 

Mərkəzdən APA-ya bildirilib ki, müğənni Bakıda dünya cazının ulduzu, əfsanəvi müğənni Ella Fitzceraldın xatirəsinə ithaf etdiyi, “Qremmi” mükafatının nominantı olmuş  “For Ella” musiqi albomunu təqdim edəcək.  

 

Qeyd edək ki, 2017-ci ildə dünyada “cazın birinci ledisi” Ella Fitzceraldın 100 illiyi qeyd edilir və Patti Ostinin Bakı konserti də bu yubileyə həsr olunur. Patti Ostin 4 yaşında Nyu-Yorkun “Appolo Teatr”ında vokal debütünü edib. O, uşaq yaşlarında müxtəlif müzikllərdə çıxış edib, 9 yaşında Kuinsi Consun konsert truppasında təmsil olunub, artıq 16 yaşında məşhur Harri Belafonte ilə turlara qatılıb.
 

Patti Ostin Maykl Ceksonla onun “Off The Wall” albomunda “It's the Falling in Love” mahnısını duet oxuyub. Corc Benson və Lüter Vendross da onun duet tərəfdaşları arasındadır. 


Bundan əlavə, müğənni 1980-ci illərin ən aparıcı studiya musiqiçisi olub, Pol Saymon, Billi Coel, Corc Benson, Robert Flek və digərləri ilə mahnı yazdırıb, “Steely Dan”, “The Blues Brothers” qruplarının kompozisiyalarının səsyazmasında iştirak edib.  
Patti Ostin indiyədək izləyicilərə 17 solo musiqi albomunu təqdim edib. “Avant Gershwin” albomuna görə isə Patti Ostin 2008-ci ildə “Ən yaxşı caz vokal albomu” nominasiyasında “Qremmi” mükafatı ilə təltif olunub. 
  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267