“ASAN Viza” sistemi “Sərhədkeçməyə məhdudiyyət siyahısı”ndan məlumat alacaq

asan viza sistemi serhedkecmeye mehdudiyyet siyahisi ndan melumat alacaq

Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

 

APA-nın məlumatına görə, dəyişiklik “Viza” altsistemi vasitəsilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi verilməsi ilə əlaqədar  “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə (İAMAS) həyata keçirilən işlərlə bağlıdır.

 

Beləliklə, elektron viza verilməsi prosesində “ASAN Viza” sistemindən təqdim edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə-anket məlumatları və sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, habelə electron viza verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı məlumatlar real vaxt rejimində Xarici İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndəriləcək. Eyni zamanda “ASAN Viza” sistemi “Sərhədkeçməyə məhdudiyyət siyahısı” informasiya resursundan yalnız məlumat alan informasiya sistemi olacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti rusiyaya sefer edib
    Azərbaycan prezidenti Rusiyaya səfər edib
  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ