Azərbaycan prezidenti 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi ilə tanış olub

azerbaycan prezidenti 16 ci azerbaycan beynelxalq turizm ve seyahetler sergisi ile tanis olub

Bakıda 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisi keçirilir.

 

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olub.

 

Qeyd edək ki, “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə 20 ölkəsini təmsil edən 272 şirkət iştirak edir.

 

Sərgidə 17 milli və regional stend açılıb. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və bir sıra digər ölkələri təmsil edən şirkətlər var. Sərgidə milli və regional stendlər də iştirak edir. Belarus, Çexiya, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand kimi ölkələr sərgiyə milli, Sloveniya və Stavropol vilayəti isə regional stendlə qatılıb.

 

Bu il ilk dəfə olaraq Kolumbiya və Kubanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə bu ölkələr öz turizm imkanlarını Azərbaycan sərgisində nümayiş etdirir. Xarici debütantlar arasında Böyük Britaniya, İtaliya və Çini təmsil edən turizm şirkətləri də var.

 

Aprelin 6-8-də Bakı Ekspo Mərkəzində təşkil olunacaq “AITF” sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgisi də keçirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • natiq eliyev bazarda stabilliyin qorunmasi ucun neft hasilati azaldilmalidir
    Natiq Əliyev: "Bazarda stabilliyin qorunması üçün neft hasil...
  • bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir
    Bakıda "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Tic...
bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ