Azərbaycan universitetlərində yeni magistr proqramı yaradılacaq

azerbaycan universitetlerinde yeni magistr proqrami yaradilacaq

Azərbaycan universitetlərində yeni magistr proqramı yaradılacaq.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

 

Strateji Yol Xəritəsində qeyd edilib ki, Azərbaycanda ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili məktəblərində turizm və otelçiliklə bağlı ixtisaslar üzrə praktik səriştələrin aşılanması üçün mövcud olan maddi-texniki baza beynəlxalq standartlara uyğun deyil və tələbələrə daha çox nəzəri biliklər tədris olunur. Bu sektor üzrə yüksəksəviyyəli idarəçilərin yetişdirilməsini nəzərdə tutan turizm sektorunda biznesin idarə edilməsi üzrə magistr proqramı da (turizm sektoru üzrə MBA proqramı) Azərbaycanda mövcud deyil. Təcrübəli işçilər daha yüksək əməkhaqqı imkanlarına görə Bakı şəhərində işləməyə cəhd göstərir və bu da digər regionlarda turizm müəssisələrinin təcrübəli və ixtisaslı kadrlarla təmin edilməsində çətinliklər yaradır. Bu baxımdan qonaqpərvərlik təlimi kurslarının (“hospitality training courses”) təsnifləşdirilməsinə və xüsusilə regionlarda mövcud, yaxud da potensial işçilərin təliminə diqqət yetirilməsi vacibdir. Strateji Yol Xəritəsində bildirilib ki, ilk illərdə Azərbaycan Turizm və Menecment Universitetində, daha sonra isə seçilmiş universitetlərdə turizm üzrə MBA proqramının yaradılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti dövlət qurumları ilə birgə iş aparacaq. Bu məqsədlə dünyanın turizm üzrə ən yaxşı MBA məktəbləri ilə tərəfdaşlıq əlaqələri qurulacaq.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • telebeler arasinda futbol cempionatinin final turu kecirilib
    Tələbələr arasında futbol çempionatının final turu keçirilib...
  • cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib
    Cocuq Mərcanlıda iki zenit top mərmisi və raket tapılıb...
cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ