Bakını dünyanın əsas turizm mərkəzlərindən birinə çevirmək üçün atılacaq addımlar açıqlanıb

bakini dunyanin esas turizm merkezlerinden birine cevirmek ucun atilacaq addimlar aciqlanib

Bakıda turizmin inkişafı üçü atılacaq addımlar açıqlanıb.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb. Milli Turizm Təbliğat Bürosu ilk növbədə Bakı şəhərinə daha çox turist cəlb etmək üçün onlayn məlumat platforması yaradacaq və onu işçi heyət ilə təmin edəcək. Turizmlə bağlı düzgün qərarların verilməsi məqsədilə məlumatların toplanması üçün onlayn alətlərdən istifadənin artmasını nəzərə alaraq, işçi heyət Bakı və əsas onlayn səyahət və məlumat platformaları (məsələn, “Trip Advisor”, “Four Square”, “Lonely Planet” və s.) ilə əlaqədar lazımi məlumatların (məsələn, şəkil, şərh, təlimatlar və s.) prioritet hesab olunan ingilis, rus, türk, ərəb, fars və digər dillərdə tərtib olunmasını təmin edəcək. Bakı şəhərinə gələn və oradan regionlara səfər edən turistlərin məlumatlılığının artırılması üçün bir sıra tədbirlərin görülməsi Bakı və Qəbələdəki hava limanları prioritetləşdirilməklə orada yerləşən turizm məlumat ofislərinin fəaliyyət dairəsi genişləndiriləcək və sayı artırılacaq.

 

Turizm məlumat ofisləri Büro ilə əməkdaşlıq çərçivəsində və onun vəsaitlərindən istifadə edərək turistlər üçün Bakı və ətraf ərazilərlə bağlı (4 saatlıq məsafə) ingilis, fars, ərəb, türk və rus dillərində olan broşür və məlumat materialları nəşr edəcək və avtobus dayanacaqları, metro stansiyaları və hava limanlarında bu materialların paylanmasını təmin edəcək. Bu ofislərdə hazırda Azərbaycan dilində mövcud olan xəritə və ictimai nəqliyyata dair məlumat materialları da həmin dillərdə hazırlanaraq nəşr ediləcək. Turistlərin Bakı şəhərinə səfərlərini öz istəklərinə uyğun planlaşdırmaları və şəhərdə təklif edilən bütün imkanlardan tam aydalanmaları üçün bu materiallar, həmçinin mehmanxanalara, ticarət mərkəzlərinə, mühüm turizm məkanlarına və digər yerlərə də təklif ediləcək.

 

Bakı şəhərinin mühüm turizm sahələrinin cəlbediciliyini daha da artırmaq məqsədilə ölkə ərazisinə daxil olduqları zaman hava limanlarında və vağzallarda turistlərə muzeylərə aid həm vauçerlər, həm də endirimli biletlər təklif ediləcək. Bakıda şəhər gəzintisi təşkil edən şəhər turu nəqliyyat xidmətləri də vaxt, səmərəlilik və əhatə dairəsi baxımından təkmilləşdiriləcək və bu xidmətlər təcrübəli tur bələdçiləri, eləcə də rus və ingilis dillərində səsləndirilən audio yazılar da əlavə edilməklə zənginləşdiriləcək. Bakının ətraf qəsəbələrindəki “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Qobustan" dövlət tarixi-bədii qoruğu və palçıq vulkanları kimi turizm məkanları da bu avtobusların əhatə dairəsinə daxil ediləcək.

 

Büro işlərini xarici və yerli turoperatorlar ilə əlaqələndirərək Novruz bayramı ərəfəsində yerləşdirmə vasitələri və təyyarə biletlərini əhatə edən turist xidmət paketlərinin hazırlanmasını təşviq edəcək. Bundan əlavə, Azərbaycanın, əsasən də Bakının Novruz bayramı ərəfəsində cəlbediciliyini artırmaq məqsədilə çərşənbə axşamlarında və bayram zamanı açıq hava altında festivallar, Azərbaycan və regiondakı qonşu ölkələrdən folklor musiqi ifaları və Novruz süfrələri ətrafında fəaliyyətlər təşkil ediləcək və həmin tədbirlərdə iştirak da bu paketlərə əlavə ediləcək. Mədəniyyət və Turizm Nazirliyi dövlət və özəl sektorun nümayəndələri ilə əməkdaşlıq edərək Bakı turizm tədbirləri təqviminə uyğun olaraq, ticarət festivalını təşkil edəcək. Bu tədbirlərə pərakəndə ticarət, bədii tamaşalar, paradlar, Naftalan nefti və Naxçıvan Muxtar Respublikasının duz dağı ilə bağlı seminarların təşkili kimi digər turizm tədbirləri də daxil ediləcək. Festivalda sənətkarların hazırladığı mis məmulatlar kimi Azərbaycan məhsullarının təklifinə də xüsusi önəm veriləcəkdir.

 

Bu prioritetin tətbiqinin 2020-ci ildə real ÜDM-in artımına birbaşa 30 milyon manat, dolayı şəkildə 20 milyon manat olmaqla, ümumilikdə 50 milyon manat təsir edəcəyi, eləcə də 2020-ci ildə ümumilikdə 8500 olmaqla, bilavasitə turizm sektorunda 6100 yeni iş yerinin açılacağı proqnozlaşdırılır. Bakıda mehmanxanalarda və mehmanxanatipli müəssisələrdə yerləşdirilmiş xarici turistlərin sayının 2015-ci il üzrə hesablanmış 0,5 milyon nəfərdən 2020-ci ildə 0,9 milyon nəfərədək, hər turistin orta qalma müddətinin 2 gündən 3 günədək artacaq. Ümumi daxili məhsulun, əsasən ölkədə daha uzun müddət qalan turistlərin istirahət və əlavə yerləşmə vasitələrinə xərclədikləri vəsaitdən yaranacağı ehtimal olunur. Gündəlik xərclərin real şərtlər üzrə hər bir şəxs üçün 195 manat qalacağı ehtimal olunur.

 

Bu nəticəyə nail olmaq üçün, yəni turistlərə göstərilən xidmətin keyfiyyətinin artırılması, turist xidmət paketlərinin hazırlanması və festivalların keçirilməsi məqsədilə 15 milyon manat birdəfəlik investisiya tələb edilir. Hədəf ölkələrdən Bakıya gələn turist sayındakı potensial artım nəzərə alınmaqla, bu prioritetin 2020-ci ildə 150 milyon manat birbaşa, 80 milyon manat dolayı olmaqla, ümumilikdə real ÜDM-də 230 milyon manat artıma səbəb olacağı proqnozlaşdırılır. Bu təsirə ailə səfərləri üzrə turistlərin gəlişi daxil deyil. Eyni zamanda turistlərin sayındakı artımın 2020-ci ildə ümumilikdə 16000 olmaqla, bilavasitə turizm sektorunda 11500 yeni iş yerinin açılmasına səbəb olacağı proqnozlaşdırılır.

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kamal abdullanin yarimciq elyazma eseri gurcu diline tercume olunub
    Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri gürcü dilinə tərcü...
  • socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur
    SOCAR: Dənizdə gözlənilən fırtına ilə bağlı lazımı tədbirlər...
socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur +2
MƏZƏNNƏ
FOREX
/ 31 Mart, 2017

USD
1.7238
 
EUR
1.8536
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ