Bir neçə mehmanxanaya ulduz dərəcəsi verilib

bir nece mehmanxanaya ulduz derecesi verilib

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

 

Noyabr ayı ərzində Bakı şəhərində və regionlarda yerləşən aşağıdakı 5 mehmanxanaya dövlət standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib.

 

“Staybridge Suites Baku” - 4 ulduz

“Neapol” - 4 ulduz

“Baku İnn Hotel” - 4 ulduz

“Xan Lənkəran” - 4 ulduz

“Manor” - 3 ulduz.

 

Şöbədən əlavə ediblər ki, hazırda təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 121-ə çatıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:33 22 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mingecevirde su festivali cercivesinde konsert olub
    Mingəçevirdə su festivalı çərçivəsində konsert olub
  • xezerden baslayan su seyahetinin novbeti unvani mingecevir olub fotosessiya
    Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı Mingəçevir o...
xezerden baslayan su seyahetinin novbeti unvani mingecevir olub fotosessiya xezerden baslayan su seyahetinin novbeti unvani mingecevir olub fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 23 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8242
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ