Əbülfəs Qarayev Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti ilə görüşüb

ebulfes qarayev avropa tarixi termal seherler assosiasiyasinin prezidenti ile gorusub

Mədəniyyət naziri Əbülfəs Qarayev Şabran rayonundakı “Qalaaltı” kurortunda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının prezidenti Giuseppe Bellandi ilə görüşüb.

 

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, nazir bildirib ki, son illər həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda müxtəlif turizm növləri inkişaf etdirilib: “Qədim mədəniyyətə və tarixə sahib olan ölkəmiz mədəni irs nümunələri ilə də olduqca zəngindir. Bu baxımdan mədəni turizmin inkişafı üçün də böyük potensialımız var. Bu turizm növünü inkişaf etdirmək üçün bir sıra yerli və beynəlxalq turizm marşrutları fəaliyyət göstərir. Bu xüsusda “Böyük İpək Yolu”, “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda alman izləri” və başqa beynəlxalq turizm marşrutları fəaliyyət göstərir”.

 

Nazir Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.

 

Giuseppe Bellandi “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə öz minnətdarlığını ifadə edib. Tədbirdə EHTTA-nın yüksək səviyyəli nümayəndələri, sağlamlıq və müalicəvi imkanları geniş olan xarici ölkələrin iştirakının önəmi vurğulanıb. Ölkəmizlə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu deyən assosiasiya prezidenti buna Azərbaycanın zəngin mədəni irsi və böyük turizm potensialının geniş imkanlar açdığını diqqətə çatdırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267