Sabahdan 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi başlayır

Sabahdan Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər  “AITF 2017” sərgisi başlayacaq.

 

APA-nın xəbərinə görə, “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov b u gün keçirilən mətbuat konfransında deyib ki, 2017-ci ildə sərgi dünyanın 20 ölkəsini təmsil edən 272 şirkəti bir araya toplamaqla, 90-dan artıq müxtəlif xarici turizm istiqamətini, eləcə də ölkə daxilində istirahət imkanlarını yenidən ziyarətçilərə təqdim edəcək.

 

Sərgidə 17 milli və regional stendin təmsil olunduğunu deyən F. Məmmədov bildirib ki, bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və mehmanxana şəbəkələri, eləcə də turizm sahəsinin digər xidmət növləri təqdim olunacaq. İtirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır: “Sərgidə milli və regional stendlər də iştirak edir. Belarus, Çexiya, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand kimi ölkələr sərgidə milli stend, Sloveniya və Stavropol vilayəti isə regional stendlə iştirak edəcək. Hər il sərgiyə yeni-yeni iştirakçılar qoşulur. Bu il ilk dəfə Kolumbiya və Kubanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə Kolumbiya və Kuba kimi ölkələr öz turizm imkanlarını Azərbaycan sərgisində nümayiş etdirəcəklər. Xarici debütantlar arasında Böyük Britaniya, İtaliya və Çini təmsil edən turizm şirkətlərini qeyd etmək olar”.

 

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev isə  bildirib ki, 16-cı dəfə keçiriləcək bu sərgi turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrini növbəti dəfə bir arada toplayacaq. Onun sözlərinə görə, turizm ölkə iqtisadiyyatının perspektivli sahələrindən biridir: “AITF sərgisi hər il Azərbaycanda turizm bazarının imkanlarını nümayiş etdirməklə, ölkənin daxili turizm sektorunun inkişafında yaxından iştirak edir. Bu sərgi Azərbaycan turizm potensialını xarici iştirakçılara əyanı şəkildə nümayiş etdirir. Qeyd edə bilərik ki, 2016-cı ildə Azərbaycanı 2 milyon 242 min 783 turist ziyarət edib. Bu da 2015-ci ilin göstəricisi ilə müqayisədə 11,7% çoxdur”.

 

Sərginin meneceri Cəmilə Quliyeva isə bildirib ki, xarici eksponentlər arasında Böyük Britaniya, Rusiya, İtaliya, Çin, Türkiyə və Ukraynanı təmsil edən debutant şirkətlər də yer alır. O əlavə edib ki, debütantlar “AİTF” iştirakçıların 34%-ni təşkil edir.

 

Qeyd edək ki, 6-8 aprel tarxlərində Bakı Ekspo Mərkəzində təşkil olunacaq “AITF” sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgisi keçiriləcək. Sərgi aprelin 6-8-də yalnız turizm peşəkarları, aprelin 8-dən isə sərgi yerində turn bron etmək imkanı olan geniş ictimaiyyət üçün açıq olacaq. Sərgi çərçivəsində vorkşop keçiriləcək və bu tədbir aparıcı yerli turizm şirkətləri ilə işgüzar əlaqələr qurmaq və vasitəçi olmadan birbaşa danışıqlar aparmaq imkanı yaradacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan moldova diplomatik elaqelerinin 25 illiyine hesr olunmus konfrans kecirilib
    Azərbaycan-Moldova diplomatik əlaqələrinin 25 illiyinə həsr...
  • metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi
    Mətbuat Şurasının sədri: “İslamiada Azərbaycanın İslam dünya...
metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9029
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ