“Şahdağ”da istirahət edən xarici turistlərin 80 faizi ərəblər olub

sahdag da istirahet eden xarici turistlerin 80 faizi erebler olub

Bakı. Cavid Zeynallı – APA. “Şahdağ” Turizm Mərkəzi sentyabr ayının 27-dən yay mövsümünü bağlı elan edib.

 

APA-nın məlumatına görə, yay mövsümü ərzində mərkəzə üz tutan turistlərin sayı 30000-dən çox olub. Onların 50%-dən çoxunu xarici ölkələrdən olan turist, xarici turistlərin 80%-dən çoxunu isə ərəb ölkələrindən gələn turist təşkil edib. Əcnəbi qonaqlar Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, İraq, Qatar, Oman, Küveyt, Bəhreyn kimi ölkələrdəndir.

 

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzinin tək xizək kurortu kimi deyil, yay istirahət mərkəzi kimi də tanıdılması məqsədilə bu mövsümdə xarici turizm şirkətləri üçün info-turlar, xarici ölkələrin mətbuat nümayəndələri üçün press-turlar təşkil edilib.

 

Mərkəzdə qış mövsümünün açılışı dekabrın əvvəllərində olacaq. 

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celilabadda magaza yanib
    Cəlilabadda mağaza yanıb
  • isvecrede mugam axsamlari kecirilib
    İsveçrədə muğam axşamları keçirilib
isvecrede mugam axsamlari kecirilib isvecrede mugam axsamlari kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ