Şöbə müdiri: “Aprelin sonunadək ölkədəki bütün mehmanxanaların 85 faizi dolub”

sobe mudiri aprelin sonunadek olkedeki butun mehmanxanalarin 85 faizi dolub

Bu il aprelin sonuna kimi bütün mehmanxanaların 80-85%-i dolub.

 

APA-nın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, yanvar-fevral ayında dünyanın müxtəlif ölkələrindən gələnlərin sayında artım müşahidə olunur.

 
Azərbaycana turistlərin əsasən, 26 ölkədən gəldiyini deyən şöbə müdirinin sözlərinə görə, onların arasında ərəb ölkələri, İran, Rusiya, Avropadan gələnlər üstünlük təşkil edir: “Turizm axını Azərbaycanda böyük valyuta gəlirinə gətirib çıxarır. Bu il də ölkəyə gələcək turistlərin sayının artması gözlənilir. Bakıda bir sıra mötəbər yarışların, Shopinq festivalının keçirilməsi turistlərin müəyyən qədər çoxalması, artmasına imkan yaradacaq. Azərbaycan ən böyük maraq ərəb ölkələri tərəfindəndir. Ərəb ölkələrindən gələn turistlərin sayı digər ölkələrdən 10-15 dəfə, bəzi ölkələrdən isə 20-30 dəfə artıqdır. Bizim müsəlman ölkə olmamız, məscidlərin fəaliyyət göstərməsi, halal yemək və digər məqamlar onların ölkəmizə axın etməsinə marağı artırır”. 

 

Şöbə müdiri əlavə edib ki, son 2 ildə Novruz bayramı ərəfəsində Azərbaycanda İrandan gələn turistlərin sayında artım müşahidə edilir. Bu il də artım olub: “Dəqiq sayı deyə bilmərik. Müvafiq dövlət qurumlarına müraciət etmişik ki, Novruz bayramı ərzində gələn turistlərin sayı barədə məlumatları nazirliyə təqdim etsin. Rusiyadan da Azərbaycana böyük turist axını başlayıb. Dünyada olduğu kimi Azərbaycanda da sərhədyanı ölkələrdən turistlərin sayı və marağı daha çoxdur”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • natiq eliyev bazarda stabilliyin qorunmasi ucun neft hasilati azaldilmalidir
    Natiq Əliyev: "Bazarda stabilliyin qorunması üçün neft hasil...
  • bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir
    Bakıda "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Tic...
bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ