XƏBƏR LENTİ

Böyüt
TOP 5
Ölkədə və dünyada baş verən xəbərlərlə bağlı bildiriş almaq istəyirsinizmi?

Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana dair 1692 iş var

avropa insan haqlari mehkemesinde azerbaycana dair 1692 is var
Azərbaycandan müraciətlərin əksəriyyəti mülkiyyət hüququnun pozulması ilə bağlıdır
Bakı. Viktoriya Dementyeva-APA. Avropa İnsan Haqları Məhkəməsi 2011-ci ilə dair statistikanı açıqlayıb. APA-nın məlumatına görə, hesabatı Strasburqda Avropa İnsan Haqları Məhkəməsinin prezidenti Nikolas Bratza açıqlayıb.

Statistikaya əsasən, AİHM ötən il Azərbaycana dair 9 qərar çıxarıb. İki qərar azadlıq və təhlükəsizlik hüququ, 7 qərar ədalətli mühakimə hüququ, 4 qərar mülkiyyətin müdafiəsi hüququ və bir qərar ədalətli seçkilər hüququ ilə bağlıdır. Məhkəmə çıxarılan bəzi qərarlarda iddiaçının iki və daha artıq hüququnun pozulduğu qənaətinə gəlib. Bu tendensiya Azərbaycanla bağlı indiyədək çıxarılmış qərarların ümumi statistikasında da müşahidə olunur. Avropa Məhkəməsi indiyədək Azərbaycanla bağlı 42 qərar qəbul edib ki, bunlardan 14-ü mülkiyyət hüquqlarının pozulması, 13-ü ədalətli mühakimə hüququ ilə bağlıdır.

Ötən il Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 523 iddia ərizəsi daxil olub. Avropa Məhkəməsinə müraciətlərin sayında artım müşahidə olunur, 2008-2010-cu illərdə Azərbaycandan bu məhkəmə instansiyasına hər il orta hesabla 350 müraciət daxil olub.

Hazırda Avropa İnsan Haqları Məhkəməsinin icraatında 151624 iddia var, onlardan 1692-si Azərbaycandan daxil olub. İcraatda olan işlərin 26,6 faizi (40225 ərizə) Rusiyaya, 10,5 faizi (15940 ərizə) Türkiyəyə, 9,1 faizi (13741 ərizə) İtaliyaya, 6,8 faizi (10250 ərizə) Ukraynaya aid işlərdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs dan olan numayende heyeti quba soyqirimi memorial kompleksini ziyaret edib
    ABŞ-dan olan nümayəndə heyəti Quba Soyqırımı Memorial Komple...
  • berlinde beynelxalq sulh burosunun dunya konqresi kecirilir
    Berlində Beynəlxalq Sülh Bürosunun dünya konqresi keçirilir...
berlinde beynelxalq sulh burosunun dunya konqresi kecirilir berlinde beynelxalq sulh burosunun dunya konqresi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 01 Oktyabr, 2016

USD
1.6211
 
EUR
1.8187
 
RR
0.0257
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ