Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

avropa parlamentinin numayende heyeti azerbaycana gelir

Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri David MakAllisterin (EPP, DE) rəhbərliyi altında nümayəndə heyəti mayın 22-25-də Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məılumata görə, səfər zamanı nümayəndə heyəti Prezident, spikerlər, iqtidar, eləcə də müxalifət partiyalarından olan parlament üzvləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək.

 

Avropa Parlamentinin 8 üzvü Aİ ilə Ermənistan arasında yeni sazişə dair əldə edilmiş razılığı, Aİ ilə Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqların gedişatını, Aİ ilə Gürcüstan arasındakı münasibətlərin dərinləşməsi məsələsi nəzərdən keçirəcək.

 

D. MakAllister səfərqabağı bildirib ki, həmkarları və o, Azərbaycan, Gürcüstan və Ermənistana gələn həftə baş tutacaq səfəri səbirsizliklə gözləyir: " Bu region Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edib, Şərq Tərəfdaşlığı siyasətimizin əsas tərəf müqabilidir. Əsasən sülh, təhlükəsizlik və ticarətin təşviq olunması baxımından bir çox birgə maraqlarımız var. Xüsusilə demokratiya, qanunun aliliyi, yaxşı idarəetmə, insan hüquqları və fundamental hüquqlar kimi dəyərlərimizi qorumalıyıq, çünki əməkdaşlığımızı daha da dərinləşdirməyə çalışırıq".

 

D. MakAllisterdən başqa, AP nümayəndə heyətinə yeddi parlament üzvü daxildir - László Tokes (EPP, HU), xanım Željana Zovko (EPP, HR), Andrejs Mamikins (S&D, LV), Angel Dzhambazki (ECR, BG), Ivo Vajgl (ALDE, SL), Helmut Scholz (GUE/NGL, DE) və parlamentlərarası nümayəndə heyətini təmsil edən, xamım Heidi Hautala (Greens, FI).

 

Nümayəndə heyəti mayın 22-də Azərbaycana səfər edib, hakimiyyət dairələri, o cümlədən prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və parlament üzvləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşməyi planlaşdırır.

 

Avropa Parlamentinin üzvləri mayın 23-də  Gürcüstana, mayın 25-də isə Ermənistana səfər edəcək.

 

Məlumatda o da bildirilir ki, hazırda Aİ yeni sazişlər vasitəsilə Ermənistan və Azərbaycanla öz münasibətlərini yenidən formalaşdırır ki, Ermənistanla aparılan danışıqlar yeni başa çatıb, Azərbaycanla isə yeni başlayıb.

 

Parlament üzvlərinin səfəri zamanı əldə edilən məlumatlar Avropa Parlamentinin hesabatında və bu sazişlərə dair bu ilin sonunda hazırlanacaq tövsiyələrdə istifadə olunacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada 28 may respublika gunu munasibeti ile tenteneli qebul kecirilib
    Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəb...
  • 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib
    ® “Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblə...
174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ