Azərbaycan prezidenti: “Biz heç kimin daxili işlərimizə müdaxilə etməyə çalışmasını istəmirik”

azerbaycan prezidenti biz hec kimin daxili islerimize mudaxile etmeye calismasini istemirik

“Azərbaycan bütün qonşuları ilə yaxşı münasibətlərə malik olmaq istəyir və düşünürəm ki, biz buna nail olmuşuq. Çünki bu, hər bir ölkə üçün vacibdir. Biz qonşuluqda yaşayırıq və təcrid olunmuş ölkə deyilik. Bizim Ermənistandan başqa bütün qonşularımızla çox fəal münasibətlərimiz var”.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan dostluq və əməkdaşlığı möhkəmləndirmək niyyətindədir: “Lakin biz heç kimin daxili işlərimizə müdaxilə etməyə çalışmasını istəmirik. Bu, baş verdikdə, biz çox sərt mövqe nümayiş etdiririk. Lakin xoşbəxtlikdən Azərbaycanın öz siyasətini həyata keçirməsi bu gün artıq dünyada və regionda böyük mənada qəbul edilir. Bu siyasət bizim milli maraqlarımıza əsaslanır. Əgər bizim maraqlarımız qonşularımızın maraqları ilə üst-üstə düşürsə, bu, yaxşı haldır. Əgər üst-üstə düşmürsə, bizim üçün əsas öz maraqlarımızdır. Bu, qeyd etdiyiniz qonşu ölkələrlə münasibətlərimizə, eləcə də Avropa ölkələri, ümumilikdə Qərb ilə münasibətlərimizə də aiddir. Bizim bir çox Avropa ölkələri ilə çox yaxşı işgüzar münasibətlərimiz var. Biz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq üzrə sazişlər imzalamışıq və yaxın zamanlarda Avropa İttifaqı ilə yeni sazişlə bağlı danışıqlara başlayacağıq. Qərbdə də yaxşı başa düşürlər ki, Azərbaycanın öz yolu var və bu siyasət heç kimə qarşı yönəlməyib”.

 

Prezident İlham Əliyev deyib ki,  ərəb ölkələri ilə münasibətlər Azərbaycan üçün hər zaman prioritet olub: “Mən bir çox ərəb ölkələrinə rəsmi səfərlər etmişəm. Bizim əla siyasi münasibətlərimiz var. Sizə deyə bilərəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə böyük həmrəylik nümayiş etdirmişdir və biz bunu yüksək qiymətləndiririk. Biz ərəb ölkələrindən daha çox adamın ölkəmizə gəlməsini istəyirik. Bu yaxınlarda Körfəz Əməkdaşlığı ölkələrinin vətəndaşları üçün bütün viza tələblərini aradan qaldırmışıq”.

 

Dövlət başçısı qeyd edib ki, müsəlman dünyasının birliyini istəməyən qüvvələr var: “Onlar müsəlmanları ayırmaq, müsəlman dünyasında, necə deyərlər, xaos yaratmaq istəyirlər və təəssüf ki, bəzən bu, baş verir. Bizim siyasətimiz bizi bütün bunlardan qorumaqdan ibarətdir. Bizim bu il elan etdiyimiz “İslam Həmrəyliyi İli”, fikrimcə, bu işlərin həyata keçirilməsinə kömək edəcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

05:54 29 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • vasinqtonda 2 ci trans xezer serq qerb ticaret ve tranzit forumu cercivesinde abs konqresi ve dunya bankinda tedbirler teskil edilib
    Vaşinqtonda 2-ci Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Fo...
  • gurcustanda beynelxalq xalca festivalinin acilisi olub
    Gürcüstanda Beynəlxalq Xalça Festivalının açılışı olub...
gurcustanda beynelxalq xalca festivalinin acilisi olub gurcustanda beynelxalq xalca festivalinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ