Azərbaycan prezidenti Fransa Senatının sədri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Parisdə Fransa Respublikası Senatının sədri Jerar Larşe ilə görüşüb.

 

APA-nın xəbərinə görə, Senatın binasının qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul və suvari dəstəsi düzülüb.

 

Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşılayıb.

 

Dövlət başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

 

Prezident İlham Əliyev və Senatın sədri Jerar Larşe birgə foto çəkdiriblər.

 

Jerar Larşe Azərbaycan prezidenti İlham Əliyevi Fransa Senatında görməkdən məmnun olduğunu deyib. O belə səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

 

Azərbaycan prezidenti İlham Əliyev ölkələrimiz arasında münasibətlərin, eləcə də parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı bir neçə gün əvvəl Bakıda Fransa Senatının bir qrup üzvünü qəbul etdiyini, dünən isə MEDEF-in üzvləri ilə çox səmərəli görüş keçirdiyini xatırlayıb.

 

Jerar Larşe 2014-cü ildə Senatda Mehriban Əliyeva ilə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi görüşdüklərini xatırlayıb, bu görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, belə görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini, Azərbaycan-Fransa əlaqələrinin strateji istiqamətdə inkişaf etdiyini bildirib.

 

Senatın sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə maraqlanıb.

 

Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyini diqqətə çatdırıb, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü qeyd edib. Dövlət başçısı Azərbaycanda olan fransalı senatorların Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər etdiklərini və kəndin ermənilər tərəfindən necə dağıdılmasının şahidi olduqlarını vurğulayıb. Azərbaycan prezidenti gərginliyin mövcudluğunun regiona ziyan vurduğunu bildirib.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdən sonra prezident İlham Əliyev Senatın qızıl kitabını imzalayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan moldova diplomatik elaqelerinin 25 illiyine hesr olunmus konfrans kecirilib
    Azərbaycan-Moldova diplomatik əlaqələrinin 25 illiyinə həsr...
  • metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi
    Mətbuat Şurasının sədri: “İslamiada Azərbaycanın İslam dünya...
metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9029
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ