Azərbaycan prezidenti Rusiyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

azerbaycan prezidenti rusiyanin yeni teyin olunmus sefirinin etimadnamesini qebul edib yenilenib
Səfir Mixail Boçarnikov: "Putin mənə səfirlik fəaliyyətim dövründə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirmək istiqamətində səylər göstərməyi tapşırıb"

 

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun etimadnaməsini qəbul edib.

 

APA-nın məlumatına görə, səfir M. Boçarnikov fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

 

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar və bütün digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud olan bu münasibətlərin strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirdiyini vurğulayıb. Münasibətlərimizin zəngin tarixə malik olduğunu deyən prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə də uğurla və dinamik şəkildə inkişaf edəcəyinə əminliyini bildirib.

 

Səfir M. Boçarnikov Rusiya prezidenti Vladimir Putinin ona səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirmək istiqamətində səylər göstərmək barədə tapşırıqlar verdiyini bildirib. O qeyd edib ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərinin Rusiyada maraqla izlənildiyini deyən M. Boçarnikov Bakıda olduğu bir neçə gün ərzində paytaxtda aparılan abadlıq işlərinin onda dərin təəssürat yaratdığını bildirib.

 

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

***

 

saat 10.46

 

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikovun etimadnaməsini qəbul edib.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267