Azərbaycan və Gürcüstanın parlament sədrləri arasında görüş keçirilib

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İstanbulda keçirilən zirvə toplantısı çərçivəsində Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov və Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze arasında görüş keçirilib.

 

APA-nın yerli bürosunun Gürcüstan parlamentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə ikitərəfli münasibətlər və iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər iki ölkə arasında tarixi dostluq münasibətlərinin strateji əlaqələrin gələcəkdə də gücləndirilməsi üçün əsas olduğunu vurğulayıb.

 

O. Əsədov gürcü həmkarını Azərbaycana səfərə dəvət edərək, yaxın gələcəkdə Gürcüstana səfər edəcəyini bildirib.

 

Tərəflər parlamentlərarası əlaqələr və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılığa gəliblər.

 

Görüşdə həmçinin Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsü və 17-19 iyul tarixində bu təşəbbüs çərçivəsində Gürcüstanda keçiriləcək beşinci illik sammit də nəzərdən keçirilib. İ. Kobaxidze qeyd edib ki, Gürcüstan parlamenti Azərbaycanla açıq hökumət sahəsində təcrübə mübadiləsinə hazırdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:45 20 May
Video
09:20 19 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdasda ev yanib
    Ağdaşda ev yanıb
  • agcabedide qumbara askarlanib
    Ağcabədidə qumbara aşkarlanıb
agcabedide qumbara askarlanib agcabedide qumbara askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 May, 2018

USD
1.7
 
EUR
2.0069
 
RR
0.0273