Azərbaycan və Rumıniyanın xarici işlər nazirləri bir-birinə təbrik məktub yollayıb

azerbaycan ve ruminiyanin xarici isler nazirleri bir birine tebrik mektub yollayib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın xarici işlər naziri Teodor Meleşkanu arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

 

XİN-dən APA-ya bildirilib ki,  Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 ildə ikitərəfli münasibətlərin davamlı olaraq inkişaf etdiyini və hazırda əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və xalqlararası sahələrdə genişləndiyini bildirib. Nazir bu gün Rumıniya və Azərbaycan arasında mövcud çoxşaxəli əməkdaşlığın mütəmadi olaraq genişlənən və dərinləşən möhkəm özülə əsaslandığını qeyd edib.

 

Elmar Məmmədyarov Strateji Əməkdaşlıq səviyyəsinə çatmış ikitərəfli münasibətlərin hazırkı statusundan razılığını ifadə edib. Nazir strateji əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutan Birgə Fəaliyyət Planının qarşılıqlı maraq doğuran bütün sahələrdə, eyni zamanda siyasi, beynəlxalq təhlükəsizlik, iqtisadi və enerji sahələrində əməkdaşlığı gücləndirmək üçün konkret addımları əks etdirən əsas sənəd olduğunu bildirib. Elmar Məmmədyarov sözügedən addımlar arasında siyasi əlaqələrin inkişafının strateji tərəfdaşlığın dərin və hərtərəfli inkişafını təmin etmək üçün əsas prioritet olduğunu qeyd edib.

 

O, Rumıniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən davamlı və prinsipial mövqeyini yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

 

Teodor Meleşkanu Elmar Məmmədyarova ünvanladığı məktubunda 1991-ci ildə 11 dekabr tarixində Rumıniyanın Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu vurğulayaraq həmin tarixdən etibarən iki ölkə arasında əlaqələrin davamlı inkişaf etdiyini bildirib.

 

O Rumıniya və Azərbaycan arasında Strateji Əməkdaşlığın yaradılmasına dair 2009-cu il Bəyannaməsinin ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini və bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün əsas yaratdığını qeyd edib.

 

T. Meleşkanu iki ölkə arasında müsbət əməkdaşlığın və qarşılıqlı faydalı dialoqun Azərbaycan və Rumıniyanın rifahı naminə gələcək illərdə genişlənəcəyinə əminliyin ifadə edib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • malide almaniyaya mexsus herbi helikopter qezaya ugrayib olenler var yenilenib
    Malidə Almaniyaya məxsus hərbi helikopter qəzaya uğrayıb, öl...
  • bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib
    Baş Prokurorluq: “Bank Standard”ın keçmiş rəhbəri istintaqda...
bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyul, 2017

USD
1.701
 
EUR
1.9798
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ