Azərbaycanlı və gürcü deputatlar etnik azlıqların problemlərini müzakirə ediblər

“Gürcüstan və Azərbaycan parlamentləri arasında münasibətlər intensivləşdiriləcək”.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri azərbaycanlı millət vəkilləri ilə görüşdən sonra deyib. 

 

O bildirib ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud əlaqələr barədə fikir mübadiləsi aparılıb: “Azərbaycan bizə qonşu və dost ölkədir. Gürcüstan və Azərbaycan hökumətləri arasında görüşlər tez-tez keçirilir. Parlament nümayəndələri arasında da görüşlərin tezliyi bu səviyyəyə çatdırılmalıdır. Parlamentlərarası intensiv münasibətlər dövlətlərimizin daha da yaxınlaşmasına töhfə verəcək”. 

 

Z. Dzidziquri qeyd edib ki, görüşdə həmçinin Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərlə bağlı məsələ də nəzərdən keçirilib.

 

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov isə bildirib ki, Gürcüstanda keçirilən görüşlərdə parlamentlərarası münasibətlərin möhkəmlənməsi müzakirə olunur. “Görüşlərdə səsləndirilən təkliflər nəzərdən keçiriləcək və əməkdaşlıq üzrə proqram hazırlanacaq. Deputatların yalnız paytaxtlara deyil, sərhədyanı bölgələrə də qarşılıqlı səfərləri planlaşdırılır. Bölgələrdə yaşayan sakinlərin bir-birinə daha da yaxınlaşdırılması üçün mədəni və idman tədbirlərinin keçirilməsi də nəzərdən keçirilir”.
Millət vəkilləri Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava ilə görüşüb. Nümayəndə heyətinin parlament sədri İrakli Kobaxidze ilə də görüşü nəzərdə tutulub.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn denizden meyiti tapilan sexslerin kimliyi mueyyenlesib
    FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib...
  • los ancelesde adr in 100 illiyi qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub
los ancelesde adr in 100 illiyi qeyd olunub los ancelesde adr in 100 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276