Vışeqrad ölkələri Azərbaycanın Aİ ilə viza sadələşdirilməsinə dair dialoqu davam etdirmək istəyini alqışlayıb

viseqrad olkeleri azerbaycanin ai ile viza sadelesdirilmesine dair dialoqu davam etdirmek isteyini alqislayib

“Vışeqrad ölkələri Azərbaycanın Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı dialoqu davam etdirmək istəyini  alqışlayır və bu istiqamətdə növbəti addımları gözləyir”.

 

APA-nın məlumatına görə, bu barədə Vışeqrad qrupu ölkələrinin və Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin ötən gün Polşada keçirilən görüşünün yekunlarına dair bəyanatında deyilir.

 

Bəyanatda həmçinin Ermənistanın müvafiq təşəbbüsü dəstəklənir, Gürcüstanla viza rejiminin ləğvi alqışlanır və Ukrayna ilə də vizasız rejimin tezliklə tətbiq ediləcəyinə ümid ifadə edilir.

 

Nazirlər bəyanatda Azərbaycanla yeni saziş üzrə davam edən danışıqlarda daha çox irəliləyişin əldə olunmasına dair çağırış ediblər.

 

Bəyanatda nazirlər Aİ-nin Qonşuluq siyasətinin strateji tərkib hissəsi və Şərqi Avropada iqtisadi inkişafın və sabitliyin aparıcı və aktiv faktoru kimi Şərq Tərəfdaşlığı proqramına güclü dəstək ifadə ediblər. Bildirilir ki, bu ilin noyabrında Şərq Tərəfdaşlığı sammitində qəbul ediləcək bəyannamə tərəfdaş ölkələrin müxtəlif səylərini özündə birləşdirməli və maraqlı tərəflər üçün Avropa perspektivini təklif etməlidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • leyla eliyeva mdu nezdindeki asiya ve afrika olkeleri institutunda olub
    Leyla Əliyeva MDU nəzdindəki Asiya və Afrika Ölkələri İnstit...
  • erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler
    Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilə...
erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ