Azərbaycan XİN rəhbəri Avropa İttifaqının ali nümayəndəsi ilə görüşüb

azerbaycan xin rehberi avropa ittifaqinin ali numayendesi ile gorusub

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşüb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bir daha vurğuladı və enerji, nəqliyyat, ticarət, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə toxundu.

 

Tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların konstruktiv şəkildə davam etdiyini qeyd edərək bu sazişin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxmasına və hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini ifadə etdilər.

 

E.Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə məlumat verərək 15 may tarixində Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini deyib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair Avropa İttifaqının mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

 

Görüşdə regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib
    Nazirlik: "Dənizdə batmış gəncin cəsədini xilasedici çıxarıb...
  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
sumqayitda yangin olub sumqayitda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273