İƏT Gənclər Forumu BMT-İƏT görüşündə iştirak edib

Mərakeş Krallığının paytaxtı Rabat şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatı (BMT) - İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 3  gün davam edən 14-cü sessiyası öz işini başa çatdırıb.

 

APA-nın xəbərinə görə, tədbirin əsas məqsədi həm BMT, həm də İƏT-ə bağlı təşkilatlar arasında mövcud olan əməkdaşlıq yollarını inkişaf etdirməkdir. 


Tədbir ISESCO-nun Rabatdaki baş qərargahında BMT və İƏT-ə üzv təşkilat rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilib. Görüşdə keçən dövr ərzində həyata keçirilmiş fəaliyyətlər müzakirə olunub, gələcək müştərək layihələr nəzərdən keçirilib.


Tədbirdə Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumu  nümayəndə heyəti də iştirak edərək İƏT Gənclər Forumunun sədri Elşad İskəndərovun təşkilatın fəaliyyətini əks etdirən müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Üç günlük görüşün nəticəsi olaraq qəbul olunan yekun qərarlarda BMT və İƏT strukturları arasında müştərək fəaliyyət proqramları çərçivəsində İƏT Gənclər Forumunun siyasi, iqtisadi və sosial sahələr üzrə təklif etdiyi bir sıra tədbirlər, o cümlədən bu ilin sentyabrında İordaniyada Beynəlxalq Gənclər Düşərgəsinin və Sudanda Afrika müsəlman Gənclər Forumunun keçirilməsi də öz əksini tapıb.


Rabat sessiyası çərçivəsində İƏT Gənclər Forumu nümayəndə heyəti gələcək əməkdaşlıq yolları müzakirə etmək üçün BMT-nin üzv qurumları nümayəndələri ilə danışıqlar aparıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
agcabedide 5 ton ot baglamasi yanib agcabedide 5 ton ot baglamasi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267