İran səfiri: “Rəfsəncaninin dövründə İran və Azərbaycan arasında güclü əlaqələr başlayıb”

iran sefiri refsencaninin dovrunde iran ve azerbaycan arasinda guclu elaqeler baslayib

“Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə İran və Azərbaycan arasında güclü əlaqələr başlayıb”.

 

APA-nın məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə səfirlikdə xatirə kitabının açılması ilə əlaqədar açıqlamasında deyib. O bildirib ki, Rəfsəncaninin Azərbaycanın mərhum prezidenti Heydər Əliyevlə çox yaxşı münasibətləri olub: "O zaman Naxçıvanda xalq təzyiq və problemlə üz-üzə qalanda Rəfsəncani yardımlar etmişdi. Hətta öz şəxsi təyyarəsini Heydər Əliyevi İrana aparmaq üçün yollamışdı ki, birlikdə Azərbaycanı çətin vəziyyətdən çıxarmağın yollarını müzakirə etsinlər. Dağlıq Qarabağ müharibəsi zamanı da cənab Rəfsəncani regionda sülh və barışı bərpa etmək üçün çox səylər göstərdi”. 

Səfir bildirib ki, Rəfsəncaninin vəfatı ilə əlaqədar Azərbaycan nümayəndə heyəti İrana gedəcək və başsağlığını çatdıracaq. Səfir Azərbaycan-İran münasibətlərinin gündən-günə inkişaf etdiyini söyləyib: “Biz qardaş ölkə olaraq hər zaman bir-birimizin yanındayıq, dərdimizə şərikik. Bu qardaşlığın hər zaman inkişaf etməsini istəyirik”.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:12 23 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • semkirde sehid herbci torpaga tapsirilib
    Şəmkirdə şəhid hərbçi torpağa tapşırılıb
  • bakida qazaxistanin bmt tehlukesizlik surasinin uzvu secilmesi ile bagli deyirmi masa kecirilib
    Bakıda Qazaxıstanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilmə...
bakida qazaxistanin bmt tehlukesizlik surasinin uzvu secilmesi ile bagli deyirmi masa kecirilib bakida qazaxistanin bmt tehlukesizlik surasinin uzvu secilmesi ile bagli deyirmi masa kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2017

USD
1.7447
 
EUR
1.8426
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ