Makedoniya prezidenti: “Yeni dünyanın doğuluşu ərəfəsindəyik”

makedoniya prezidenti yeni dunyanin dogulusu erefesindeyik

“Biz indiki dövrün problemlərini anlamalıyıq ki, gələcəyi də başa düşək”.

 

APA-nın məlumatına görə, bunu Makedoniya prezidenti George İvanov V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

 

“Hazırkı dövr biz çox insanlar üçün qorxulu dövrdür. Terroristlər, cihadçıların olduğu dövrdə yaşayırıq. Bu insanlar yalançı xəbərlər yayır, qorxu formalaşdırır. İndiyə kimi baş verənlər pik nöqtəyə çatıb. Əslində biz yeni dünyanın doğuluşu ərəfəsindəyik. İndiyə kimi qorxu ilə yaşamışıq, bundan sonra isə ümidlə yanaşmalıyıq ki, yeni dünya doğulur”, - deyə o vurğulayıb.

 

G. İvanov qeyd edib ki, yeni dünya polisentrik olacaq, vahid cəmiyyət, vahid mədəniyyət olmayacaq: “Bu bizi təbii dövrə gətirib çıxaracaq. Yeni dünya gənclərin əlindədir, lakin onlar işsizdir. Buna görə də Avropa İttifaqı öz gücünü bərpa etməlidir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ