Prezident: "İctimai-siyasi stabillik olmadan uğur əldə etmək mümkün deyil" - YENİLƏNİB-2

"Rusiya dünya miqyasında stabilləşdirici faktordur".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.

 

"Rusiya - MDB-ni birləşdirən ölkə, Birliyinin əsas ölkəsidir. Ona görə də, təbii ki, Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə müsbət təsir göstərir. Vladimir Putinin rəhbərliyi altında Rusiya sosial-iqtisadi inkişafda çox böyük uğurlar əldə edib. Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq işlərdə ən aparıcı rollardan birini oynayır. Sizin rəhbərliyiniz altında ictimai siyasi stabillik təmin olunub. Bu, ictimai razılığa söykənir", - deyə İlham Əliyev vurğulayıb.

 

İlham Əliyev Azərbaycanda heç kəsin Rusiyada gələn il keçiriləcək prezident seçkilərində rusiyalıların düzgün qərar verəcəklərinə şübhə etmədiyini söyləyib: "Biz çox yaxşı bilirik ki, ikitərəfli münasibətlərin uğurlu inkişafı sizin adınızla bağlıdır. İctimai-siyasi stabillik olmadan uğur əldə etmək mümkün deyil. Son illərdə olduqca qanlı hadisələrin, qarşıdurmaların, dinlərarası, konfessiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olduq. Ona görə də, bütün bu mövcud beynəlxalq panoram sizin kursunuzun düzgün olduğunu bir daha göstərir. Ona görə ki, Rusiya bu gün dünya miqyasında stabilləşdirici faktordur".

 

 

 

***

 

22.22

 

 

MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başa çatıb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya prezidentinin Novo-Oqaryovadakı iqamətgahında keçirilən görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulub və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

 

Görüşdə çıxış edən Rusiya prezident Vladimir Putin Birlik ölkələrinin sosial-iqtisadi inkişafı, dövlətlərin sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı qərarlar üzərində bundan sonra da çalışacaqlarını bildirib: "Şadam ki, Yeni il qabağı, razılaşdığımız kimi, qeyri-rəsmi şəraitdə ötən ilə, MDB çərçivəsində birgə görülən işlərə yekun vurmağa, perspektivdəki planlar barədə danışmaq, regional və dünya gündəmini müzakirə etmək üçün toplaşmağa nail olduq".

 

Rusiya prezidenti MDB ölkələrinin terrora, transsərhəd cinayətkarlıq və narkotrafikə qarşı mübarizədə əməkdaşlığı möhkəmləndirdiyini vurğulayıb.

 

Daha sonra digər dövlət başçıları çıxış edib.

 

Görüşdə Azərbaycan prezidenti İlham Əliyev də çıxış edib.

 

Daha sonra MDB liderlərinin görüşü bağlı qapılar arxasında davam edib.

 

 

***

 

20.26

 

 

Rusiya paytaxtında MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

 

APA-nın Moskva müxbiri xəbər verir ki, görüş Rusiya prezidentinin Novo-Oqaryovadakı iqamətgahında keçirilir.

 

Görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

 

Toplantıda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edirlər.

 

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 60 hektar bicilmis taxil sahesi yanib yuksek gerginlikli elektrik xetleri muhafize olunub
    Göyçayda 60 hektar biçilmiş taxıl sahəsi yanıb, yüksək gərgi...
  • bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub
    BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi “Təmiz Şəhə...
bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272