Milli Məclisin deputatları Gürcüstanda Azərbaycan icması ilə görüş keçirib - FOTOSESSİYA

Milli Məclisin deputat qrupunun Gürcüstana səfəri başlayıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılıq etdiyi deputat qrupu azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda yerli icma ilə görüş keçirib.

 

Görüşdə Azərbaycan icmasını təhsil və digər sahələrdə narahat edən məsələlər barədə müzakirə aparılıb.

 

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Tamaz Naveriani, Marneuli rayonunun icra başçısı Temur Abazov və digər rəsmi şəxslər də görüşdə iştirak edib.

 

Qeyd edək ki, azərbaycanlı deputatlar Gürcüstana səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn denizden meyiti tapilan sexslerin kimliyi mueyyenlesib
    FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib...
  • los ancelesde adr in 100 illiyi qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub
los ancelesde adr in 100 illiyi qeyd olunub los ancelesde adr in 100 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276