MM üzvü Fransaya səfər edəcək

mm uzvu fransaya sefer edecek

Milli Məclisin deputatı Cavanşır Feyziyev yanvarın 15-də  Fransanın Strasburq şəhərinə səfərə gedəcək.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri olan C. Feyziyev Strasburqda Avropa Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirəcək.

 

Görüşlər çərçivəsində Avropa Parlamentinin rumıniyalı üzvü xanım Norika Nikolayinin Azərbaycanla bağlı hazırladığı məruzə layihəsi ətrafında, həmçinin Milli Məclislə  Avropa Parlamenti arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılcaq. Ümumilikdə C. Feyziyevin Avropa Parlamentinin 20-ə qədər üzvü ilə görüş keçirəcəyi gözlənilir.

 

Sonra millət vəkili Parisə səfər edəcək. Burada o, Azərbaycan-Fransa Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü qismində Fransa Senatında bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı ölkələrimiz arasında parlament əlaqələrinin hazırkı vəziyyəti və inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılacaq.

 

Səfər yanvarın 21-də başa çatacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273