Nazir: “Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq niyyətindəyik”

nazir sanxay emekdasliq teskilati ile emekdasligi daha yuksek seviyyeye qaldirmaq niyyetindeyik

“Azərbaycan Respublikası 2019-2022-ci illərdə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edəcək və 2019-cu ildə 18-ci zirvə toplantısına ev sahibliyi edəcək”.

 

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “AzərTAC”a müsahibəsində deyib.

 

Nazir xatırladıb ki, 2018-ci il aprelin 3-6-da sədrliyə və sammitə hazırlıq məqsədi daşıyan Qoşulmama Hərəkatı nazirlər konfransı Bakıda keçirilib: ”Qlobal və regional məsələlərin əks olunduğu yekun Bakı Bəyannaməsi qəbul olundu. Müxtəlif regionları və qitələri təmsil edən 120 dövlət arasında ortaq məxrəc əldə olunaraq yekun Bəyannamənin hazırlanması Azərbaycan diplomatiyasının yetkinliyini və mürəkkəb beynəlxalq məsələlərin həlli yollarını tapmaq qabiliyyətini göstərir”.

 

E. Məmmədyarov qeyd edib ki, 2018-2022-ci illər üzrə Azərbaycan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib: “Komitəyə yenidən üzv dövlət olaraq Azərbaycan dünyada qeyri-maddi irsin qorunmasına öz töhfəsini vermək və zəngin təcrübəsini paylaşmaq, üzv dövlətlərlə əməkdaşlıq ruhunda birgə fəaliyyət həyata keçirmək, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyadan irəli gələn məqsədlərin həyata keçirilməsinə yaxından dəstək vermək kimi imkanlar əldə edib”.

 

Nazirin sözlərinə görə, 2018-ci ilin ikinci yarısından etibarən Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edəcək: “Sədrlik dövründə Azərbaycanın prioriteti QDİƏT regionunda nəqliyyat qovşaqlarının inkişaf etdirilməsi olacaq. Bununla bərabər, Azərbaycan öz sədrliyi dövründə turizm, kənd təsərrüfatı, bağlantı kimi sahəvi əməkdaşlığın inkişafına da xüsusi əhəmiyyət verəcək. 2018-ci ilin sonunda Azərbaycan QDİƏT-in 39-cu Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyi edəcək. 2017-2019-cu illər üzrə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü kimi Azərbaycan beynəlxalq inkişaf məqsədləri naminə fəaliyyətini davam etdirir. Azərbaycanın təşəbbüsü ilə bu il BMT Baş Assambleyasının 72-ci sessiyasında münaqişə şəraitində qadın və qızların əsir götürülməsinə qarşı dövrü qətnamə, habelə BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində insan hüquqları və Dayanıqlı İnkişaf Məqsədlərinin səmərəli ictimai xidmətlər vasitəsilə təmin edilməsi adlı qətnamə qəbul edilib. Həmçinin Azərbaycanın təşəbbüskarı olduğu itkin düşmüş şəxslər adlı dövrü qətnamənin də bu il ərzində BMT Baş Assambleyasında irəli sürülməsi nəzərdə tutulub. Azərbaycan tamhüquqlu üzv olduğu regional təşkilatlar - ATƏT, Avropa Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, QDİƏT və digərləri ilə fəal əməkdaşlıq edir. Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaq niyyətindədir. Azərbaycanın mühüm beynəlxalq təşkilatlarda sədrlik funksiyasına və digər aparıcı komitələrinə seçilməsi, mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunun, dünya dövlətləri tərəfindən ölkəmizə olan etimadın bariz göstəricisidir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
agcabedide 5 ton ot baglamasi yanib agcabedide 5 ton ot baglamasi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267