Oqtay Əsədov:"Türkiyə ilə əlaqələrimiz strateji tərəfdaşlıq və müttəfiqliyə qədər irəliləyib"

oqtay esedov turkiye ile elaqelerimiz strateji terefdasliq ve muttefiqliye qeder irelileyib

“Etibarlı strateji tərəfdaşımız olan Türkiyə ilə əlaqələrimizi gücləndirmək və genişləndirmək Azərbaycanın xarici siyasətinin mühüm elementidir”.

 

APA-nın xəbərinə görə, bu sözləri “Anadolu” agentliyinə açıqlamasında Milli Məclisin sədri Oqtay Əsədov deyib.

 

O. Əsədov son 10 ildə Azərbaycan və Türkiyə arasındakı münasibətlərin dostluq və qardaşlıq səviyyəsindən strateji tərəfdaşlıq və müttəfiqliyə qədər irəlilədiyini diqqətə çatdırıb: "Birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP, Cənub Qaz Dəhlizi kimi ortaq layihələrimiz regionun əhəmiyyətini artırır, sülh və inkişafa xidmət edir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa və Asiyanı birləşdirməyin ən rahat və qısa yolu olacaq. İnanıram ki, bu dəmir yolu xəttinin istifadəsi xalqlarımızın və ölkələrimizin rifahının daha da yüksəlməsinə, tranzit imkanlarının artmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcək”.

 

O. Əsədov iki ölkə arasında ticarət həcminin 5 milyard dolları aşdığını vurğulayıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267