Plevneliyev: "Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırırıq”

plevneliyev ermenistani bmt tehlukesizlik surasinin qetnamelerini yerine yetirmeye cagiririq

“Biz hamımız sülh istəyirik. Sülh qaydaların bütün insanlara tətbiq olunduğu yeganə yoldur”.

 

APA-nın xəbərinə görə, bu sözləri V Qlobal Bakı Forumuna qatılan Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev deyib.

 

R. Plevneliyev bildirib ki, sülh sərhədlərə hörmətlə yanaşmağın yeganə yoludur: “Azərbaycanın öz ərazisi var. Azərbaycanın öz suveren ərazilərini idarə etmək hüququ var. Azərbaycan xalqının və rəhbərliyinin ikili standartlar problemini vurğulamaq haqqı var. Ermənistan beynəlхalq hüquq normalarını yerinə yetirməlidir. Biz Ermənistanı öz torpaqlarına geri qayıtmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırırıq. Hər kəs, o cümlədən Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir”.
 

Bakı Forumun əhəmiyyətindən danışan R. Plevneliyev qeyd edib ki, burada məşhur siyasətçilər tərəfindən çoxsaylı ideyalar səslənir: "Bakı son dərəcə vacib rol oynayır. Biz münaqişələrin həllini istəyirik, tolerantlıq, sülh görmək istəyirik. Bakı bu baxımdan fikir mübadiləsi aparmaq üçün mükəmməl məkandır".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ