Prezident İlham Əliyev: “IV İslam Həmrəyliyi Oyunları müsəlman dünyasının gənclərini birləşdirəcək”

prezident ilham eliyev iv islam hemreyliyi oyunlari muselman dunyasinin genclerini birlesdirecek

“Azərbaycan İslam sivilizasiyasının bir parçasıdır və biz bununla fəxr edirik.  Düşünürəm ki, indi müsəlman dünyasının əvvəl heç zaman olmadığı qədər daha çox birliyə ehtiyacı var”

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

 

“Müsəlman dünyasında bu birlik çatışmır. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. IV İslam Həmrəyliyi Oyunlarının təşkil olunması da bunu göstərir, çünki bu, təkcə idman deyil, bu, təkcə idmançıların bayramı olmayacaq, bu, müsəlman dünyasının gənclərini birləşdirəcək, onlar Bakıya gələcəklər, ölkəmizi görəcəklər, əlaqələr quracaqlar və bu əlaqələr bütün müsəlman gənclərinə ölkələr arasındakı əlaqələri gücləndirməyə kömək edəcək. Biz islamofobiya meyillərinin artmasından, İslamın bəzi beynəlxalq media orqanları tərəfindən, necə deyərlər, terror dini kimi təqdim olunmasından çox narahatıq”, deyə dövlət başçısı qeyd edib.

 

Onun sözlərinə görə, terrordan ən çox müsəlmanlar ziyan çəkib: “Bizim qədim sivilizasiyamız, dəyərlərimiz, dünyaya töhfələrimiz var. Biz bunu nümayiş etdirməliyik. Azərbaycan Avropa ölkələrində çox işlər həyata keçirir, biz sərgilər, təqdimatlar təşkil edirik, İslam mədəniyyətini təbliğ edirik və beləliklə, göstəririk ki, qədim sivilizasiyaya malikik və eyni zamanda, bununla Azərbaycanda müsəlman həmrəyliyini gücləndiririk. Ümumiyyətlə, Azərbaycanda bütün dinlərin nümayəndələrinin hamısının arasında yüksək səviyyədə birlik mövcuddur. Biz sülh şəraitində yaşayırıq və heç zaman ayrı-seçkilik etmirik. Budur, irəli getməyin yolu”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
12:26 22 Mart
10:23 22 Mart
20:11 21 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan nefti ucuzlasib
    Azərbaycan nefti ucuzlaşıb
  • bu il gurcustandan azerbaycana 122 avtomobil getirilib
    Bu il Gürcüstandan Azərbaycana 122 avtomobil gətirilib
bu il gurcustandan azerbaycana 122 avtomobil getirilib bu il gurcustandan azerbaycana 122 avtomobil getirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ