Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib - YENİLƏNİB

prezident ilham eliyev niderland kralligi senatinin sabiq sedrini qebul edib yenilenib

Azərbaycan prezidenti İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

 

APA-nın məlumatına görə, Rene Van der Linden dövlət başçısına prezident seçkilərində qələbəsi münasibətilə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbriklərini çatdırıb.

 

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.

 

Rene Van der Linden ADA Universiteti ilə birgə hazırlanmış və Azərbaycanın regionlarının inkişafı, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, təcrübə mübadiləsi, turizm sahələrində əməkdaşlığı nəzərdə tutan master planın həyata keçirilməsi ilə bağlı gedən işlərdən danışıb.

 

Prezident İlham Əliyev görülən işlərin önəmini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib
    Nazirlik: "Dənizdə batmış gəncin cəsədini xilasedici çıxarıb...
  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
sumqayitda yangin olub sumqayitda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273