Polad Bülbüloğlu: "Azərbaycan xalqının istəyi Rusiyanın uğurla inkişaf etməsidir"

“Azərbaycan xalqının istəyi Rusiyada hər şeyin yaxşı olması və bu ölkənin uğurla inkişaf etməsidir”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada prezidend seçkiləri ilə bağlı Moskva Dövlət Humanitar İqtisad Universitetində təşkil olunmuş tədbirdə bildirib.

 

Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsindən danışan diplomat iki ölkə arasında bütün sahələrində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb: "Bu il həm Azərbaycanda, həm də Rusiyada seçki ilidir. Bizim ölkələrimizdə siyasi atmosferi ənənəvi olaraq prezidentlər yaradır. Seçki həm Rusiya, həm də Azərbaycan üçün yeni hadisədir. 27 il tarix üçün kiçik müddətdir. Müddət keçdikcə, insanlar seçkilərdə iştirak etməyin vacibliyini vətəndaşlıq borcu kimi dərk edirlər. Rusiya mənim üçün yad ölkə deyil. Ömrümün, cavanlığımın böyük bir hissəsi Moskvada keçib. Ona görə də, hamını seçkilərdə iştirak etməyə çağırmağı özümə borc bilirəm. Əminəm ki, müdrik Rusiya xalqı düzgün seçim edəcək".
 

Universitetin rektoru Vaqif Bayramov isə çıxışında ölkə üzrə seçicilərin çoxluğunu gənclərin təşkil etdiyini söyləyib: "Universitet tələbələri arasında ilk dəfə prezident seçkilərində səs verəcək gənclər var. Onlar seçkidə iştirak edərək öz gələcəklərinə səs vermiş olacaqlar".

 

Konfransda çıxış edən Vladimir Putinin seçkilərdəki səlahiyyətli nümayəndəsi, professor Sergey Kandıboviç bu il keçiriləcək prezident seçkilərində 7 milyon gəncin ilk dəfə səs verəcəyini söyləyib.

 

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) İdarə Heyətinin üzvü Emin Hacıyev gənclərin seçkilərdə iştiraka hazırlığının vacibliyini vurğulayıb. O, AMOR üzvü olan gəncləri seçkilərdə iştiraka və Vladimir Putinə səs verməyə çağırıb.

 

Daha sonra universitetin tələbələri məruzələrlə çıxış ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272