Səfir: "Türkiyə və Azərbaycan prezidentlərinin səfərləri çox mühüm ənənə halını alıb"

sefir turkiye ve azerbaycan prezidentlerinin seferleri cox muhum enene halini alib

"Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Azərbaycana etdiyi səfər təsadüfi deyil. Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk rəsmi səfərini hər zaman olduğu kimi, Azərbaycana etdi. Bu, ənənələrə uyğun səfərdir".

APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) "Milli Meşə Proqramının yenilənməsi və Azərbaycanda meşə institutlarının yenidən qurulması" mövzusunda keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev də növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edib: "Prezidentlərin səfərləri Türkiyə və Azərbaycan arasında çox mühüm ənənə halını alıb".

Birlikdə olacaqları təqdirdə Türkiyə və Azərbaycanın daha da güclü olacağını vurğulayan E. Özoral qeyd edib ki, ölkəsi meşəçilik sahəsində də Azərbaycana dəstək verməyə hazırdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267