Tacikistan səfiri: "Azərbaycanla əlaqələr hər sahə üzrə inkişaf edir"

tacikistan sefiri azerbaycanla elaqeler her sahe uzre inkisaf edir

Tacikistanın paytaxtı Düşənbədə “2018-2028: su dayanıqlı inkişaf naminə” mövzusunda beynəlxalq konfrans keçirilib.  

 
APA-nın xəbərinə görə, bu barədə Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev keçirdiyi brifinqdə deyib.
 
R. Soliyev hazırda dünyada 800 milyon insanın içməli suya, 2,5 milyard insanın isə su sanitariyasına çıxışı olmadığına diqqət çəkib. O qeyd edib ki, 2050-ci ilə qədər 5 milyard insan və ya dünya əhalisinin yarısı su stresi yaşayacaq: “Bu mənada əhalinin sayının və su tələbatının artması kompleks işlər görməyi tələb edir. Yaşanan iqlim dəyişkənliyi və demoqrafik artım gələcək addımlar və imkanları müəyyənləşdirəcək. Bu məqsədlə hər iki ildən bir bu cür beynəlxalq konfrans keçirməyi planlaşdırırıq. Konfransın sonunda qəbul edilmiş bəyannaməyə BMT Baş Assambleyasının 73-cü sessiyasında dəstək göstəriləcəyinə inanırıq. 2030-cu ilə qədər əhalinin təmiz su ilə təmin edilməsi üçün proqram hazırlanmasına artıq başlamışıq”.
 
Səfir bu istiqamətdə həmişə Azərbaycanın dəstəyini gördüklərini deyib.
 
Azərbaycan-Tacikistan əlaqələrinə toxunan R. Soliyev əlavə edib ki, iki ölkə arasındakı əlaqələr pozitiv şəkildə hər sahə üzrə inkişaf edir və ortaq cəhətlər çoxdur. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267