Vaşinqtonda Azərbaycan mətbəxinə həsr olunmuş kitabının təqdimatı olub

Martın 15-də Novruz bayramına həsr olunan silsilə tədbirlər çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqtonun ən tanınmış məkanlarından biri olan Konqresin Tomas Cefferson adına Kitabxanasında Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin və kitabxananın regional bölməsinin dəstəyi ilə həmvətənimiz Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) adlı kitabının rəsmi təqdimat mərasimi keçirilib.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə xarici diplomatlar, kitabxananın ziyarətçiləri və həmçinin Amerikada yaşayan həmvətənlərimiz iştirak ediblər. Sözügedən kitab Amerika ictimaiyyətinə təqdim edilən Azərbaycan mətbəxinə həsr edilmiş ilk nəşrdir.

 

İşıq üzü görəndən beş böyük beynəlxalq mükafata layiq görülmüş və 317 səhifədən ibarət kitabda oxuculara milli yeməklərimizin Qərb ölkələri şəraitində hazırlanması üçün uyğunlaşdırılmış reseptləri təklif olunub. Bundan başqa, kitaba Azərbaycan mədəniyyəti haqqında hekayələr, ölkəmizin mətbəxinin tarixi, milli bayramlar haqqında məlumatlar da daxil edilib.

 

Tədbirdə kitabxananın Afrika və Yaxın Şərq bölməsinin rəhbəri Meri-Ceyn Dib və Türkiyə üzrə mütəxəssis Coan Viks çıxış edərək kitab və Azərbaycan mədəniyyəti barəsində öz təəssüratlarını bölüşüblər.

 

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov tədbirdə çıxış edərək Fəridə Buyuranın müəllifi olduğu kitabın ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin və ən əsası ləziz mətbəxini əks etdirdiyini qeyd edib. Novruz bayramının qədim tarixi barədə məlumat verərək, bayramın böyük coğrafi məkanda müxtəlif xalqları birləşdirən qədim ənənə olduğunu bildirib.

 

Daha sonra kitab müəllifi tərəfindən qonaqlara Azərbaycan milli mətbəxinin tarixi barədə ətraflı məlumat verilib. Öz çıxışında F.Buyuran Azərbaycanın müxtəlif bölgələrinin mətbəxlərinin xüsusiyyətlərinə dair danışaraq, Azərbaycanın müxtəlif ənənələri bir araya gətirən zəngin mədəniyyətə sahib cəmiyyət olduğunu qeyd edib. Təqdimatın sonunda Azərbaycan milli mətbəxinin yemək və şirniyyatlarından ibarət müxtəlif təamlar qonaqlara təqdim olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida 39 yasli kisi ozunu denize ataraq intihar edib
    Bakıda 39 yaşlı kişi özünü dənizə ataraq intihar edib...
  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ