XİN nümayəndəsi: “Avropa İttifaqı ilə dialoq bizim üçün prioritet sahələrdən biridir”

xin numayendesi avropa ittifaqi ile dialoq bizim ucun prioritet sahelerden biridir

“Azərbaycan prezidentinin  bu yaxınlarda Brüsselə səfəri zamanı Azərbaycan və Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sənədi üzrə danışıqlara rəsmi start verilib. Biz Avropa İttifaqı ilə turizm, təhsil, mədəniyyət, kiçik və orta sahibkarlığa dəstək və s. sahələr üzrə dialoqu genişləndirməkdə maraqlıyıq”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin İnsan hüquqları və demokratiya idarəsinin Qanunun aliliyi və demokratiya şöbəsinin müdiri Aysel Yaqubova “Dövlət qulluğu sistemində məlumat bazalarının yaradılması və idarə edilməsi” mövzusunda seminarda çıxışı zamanı deyib.

 

O bildirib ki, “Şərq tərəfdaşlığı” proqramı digər sahələrlə yanaşı, dövlət qulluğu sahəsində islahatların aparılması təcrübəsini də gücləndirəcək. A. Yaqubova qeyd edib ki, bu proqram Avropa İttifaqı, eyni zamanda iştirakçılar arasında əməkdaşlığın, qarşılıqlı əlaqələrin formalaşması üçün səmərəli  platformalardan biridir: “Avropa İttifaqı ilə dialoqun aparılması bizim üçün prioritet sahələrdən biridir və ikitərəfli əlaqələrin inkişafında çox vacibdir. “Şərq tərəfdaşlığı”nın platformaları və panelləri ölkələr arasında ən yaxşı təcrübələrin və biliklərin mübadiləsi baxımından səmərəli vasitələrdən biridir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • batumide 28 may respublika gunu qeyd olunub
    Batumidə 28 may - Respublika Günü qeyd olunub
  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ