Bakıda 58 yaşlı qadın döyülərək qarət edilib

Bakıda 58 yaşlı qadın döyülərək qarət edilib
# 06 mart 2015 07:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 58 yaşlı qadını döyərək pulunu aparıblar.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Balaxanı qəsəbəsində, Cahangir Cahangirov küçəsi döngə 1, ev 5-də qeydə alınıb.

Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Narözə Xıdır qızı Məmmədovanın yaşadığı mənzilə daxil olan iki naməlum şəxs onu döyərək 2500 manat pulunu aparıblar.

Polisdən N.Məmmədovanın xırda ticarətlə məşğul olduğu bildirilib. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR